“Ötən illərə nəzər salsaq, görərik ki, bir çox məktəblərimiz qəzalı vəziyyətdə idi. Cənab Prezindent İlham Əliyevin təhsilə verdiyi diqqət və qayğı nəticəsində qəzalı məktəblər əsaslı şəkildə təmir edilib”. Bu fikirləri Sherg.az-a açıqlamasında təhsil üzrə ekspert Elşən Ramizoğlu deyib.
Ekspert qeyd edib ki, xüsusən regionlarda məktəblərin təmirsiz vəziyyətdə olması daha çox müşahidə olunur:
“Bir məqamı qeyd etmək lazımdır ki, nə qədər körpələr evi, orta məktəb binaları yenidən tikildi və təmir olundu. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nə qədər məktəblərin və körpələr evinin açılışında iştirak etdiyini görürürk. Bu işdə Heydər Əliyev Fondunun da təhsilə verdiyi diqqət və qayğını xüsusi olaraq vurğulamaq istəyirəm. Həmçinin yaşadığım Bərdə regionunda neçə məktəb tikilib və təmir olunur.
Bir neçə məktəblər var ki, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na salınıb. Eyni zamanda məcburi köçkünlər üçün modul məktəbləri də tikilir. Artıq qarşıdakı illərdə təmirsiz məktəblərin sayı minumuma çatacaq”.
Qeyd edək ki, fevralın 3-də Prezident İlham Əliyev Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edib. Ölkə başçısı konfransda bir sıra mühüm məsələlərə toxunub. O bildirib ki, Ötən il 84 məktəb, 60 tibb müəssisəsi tikildi və təmir edildi: "Ona görə bu proses də daim gedir. Biz məktəblərin böyük hissəsinin təmirini başa çatdırmışıq. Amma hələ də qəzalı vəziyyətdə olan məktəblər var və onların da təmiri ilə bağlı gələcək illərdə konkret addımlar atılacaqdır".