Məhəbbət Vəliyeva: "Məktəblərdə davamiyyətlə bağlı ciddi problem müşahidə edilmir"

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva soyuq hava şəraitində şagirdlərin dərsə davamiyyətinin dəyişməsi məsələsinə münasibət bildirib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, davamiyyət elə bir problem yaratmır ki, ölkədə dərslərin dayandırılması üçün zərurət yaransın:

"Ölkədə dərslərin dayandırılması üçün zərurət yoxdur. Təbii ki, 2-3 şagird dərsə gəlməyə bilər, bu, müəyyən səbəblərə görə hər zaman baş verir. Amma ciddi bir problem müşahidə edilmir".

M.Vəliyeva Təhsil Nazirliyinə məktəblərin istilik problemi ilə bağlı xüsusi hallara dair siqnal daxil olmadığını da söyləyib:

"Belə hal baş verdikdə Təhsil Nazirliyinin bu məqsədlə yaradılmış xüsusi qrupları lazımi tədbirləri vaxtında həyata keçirə bilərlər".