“Rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasını istəmir”

“Aşqabad görüşündə Azərbaycan,Türkiyə, Pakistan və İranın ölkə başçılarının bir arada olduğu foto var idi”

“Arada iqtisadi meqalayihələrdən söhbət gedir. Görünən odur ki, fotoda İbrahim Rəisidən başqa hər kəs xoşbəxtdir”


Dekabrın 8-də Meğri gömrük məntəqəsinin bölməsində Ermənistanın Dövlət Gəlirlər Komitəsinin sədri Rüstəm Badasyan İranın Gömrük Xidmətinin rəhbəri Mehdi Mirşərəfi ilə görüşüb.  Bu barədə komitənin mətbuat xidməti məlumat verib. Tərəflər iki ölkə arasındakı xidmətin yaxşılaşdırılma məsələlərini müzakirə ediblər. Eyni zamanda qaçaqmalçılığa qarşı mübarizənin səmərəliliyini artırmaq üçün mümkün informasiya mübadiləsindən də danışıblar.

Maraqlıdır,tərəflərarası münasibətlərdə müşahidə olunan istiləşmənin əsas səbəbləri nələrdir?

 İran-Ermənistan arasınadakı mövcud vəziyyəti “Sherg.az”a şərh edən siyasi şərhçi Rusif Məmmədsoy bilidirib ki, biz Aşqabad görüşündən sonra İranı öz tərəfimizə çəkməyi bacardıq:

“Tərəflərin hazırkı yaxınlaşmasının onlar üçün yaxında müsbət mənada hər hansı bir perspektiv vəd etməsi inadırıcı görünmür. 
Sanksiyalarla mübarizə aparan İranın Ermənistanı ayaqda saxlayacaq iqtisadi potensialı yoxdur. Ona ideal şansı biz türkmən qazını Azərbaycana gətirib burdan Avropaya çıxarıb, tranzit xərclərini ödəmək təklif edirik. Bununla rəsmi Tehranın maddi imkanları da genişlənəcək”. 

Siyasi şərhçi müharibə dönəmində İranın mövqeyinin hər kəsə bəlli olduğunu və onun hazırda da Ermənistan tərəfə yönəldiyini vurğulayıb:

 “Birmənalı şəkildə rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasını istəmir. Aşqabad görüşündə Azərbaycan,Türkiyə, Pakistan və İranın ölkə başçılarının bir arada olduğu foto var idi. Arada iqtisadi meqalayihələrdən söhbət gedir. Görünən odur ki, fotoda İbrahim Rəisidən başqa hər kəs xoşbəxtdir.
İran özü də bundan qazanacaq ancaq sonrakı prosesləri düşündüyü üçün İ.Rəisini qəhər boğur". 

R.Məmmədsoy hazırkı İran- Ermənistan münasibətlərini pozmağın mümkün olmadığını diqqətə çatdırıb:

"Bizim vaxtilə Qarabağda işğal altında olan ərazilərimizdəki evlər İrana satılırdı. Tərəflər arasında gizli əməkdaşlıq çox böyük bir həcmdə olub. İbrahim Rəisi Aşqabad görüşündə iddia etdi ki, bunlar onun dönəmində baş verməyib. Ancaq elə olduğunu hər kəs çox yaxşı bilir.

İndi biz tərəflər arasındakı münasibətlərindən danışarkən deyə bilmərik ki, İran yaxın gələcəkdə bu əlaqələrdən ümumuiyyətlə əl çəkəcək. Ən azından biz durumu neytrallaşdıra bilirik" .