Ölkədə nə qədər qəzalı məktəb var?

“Hazırda ölkədə 900-ə yaxın qəzalı və yararsız vəziyyətdə olan məktəb var. Bu rəqəmə bağçalar daxil deyil”.
Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.
Onun sözlərinə görə, bütün məktəblərin vəziyyəti ilə bağlı monitorinq aparılıb. 
O bildirib ki, qəzalı bağçalarla bağlı rəqəmlər də açıqlanacaq.