Hakim olmaq istəyənlər imtahan verib

Bu gün Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.

DİM-dən APA-ya bildirilib ki, yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 175 namizəd iştirak edib.

Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər.

İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.