DİM hakimliyə namizədlər üçün imtahan keçirib

Dövlət İmtahan Mərkəzin (DİM) hakimliyə namizədlər üçün imtahan keçirib.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Yazılı imtahanın test mərhələsindən 60 və daha artıq bal toplamış 175 namizəd iştirak edib.

Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər. İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.