Dərslər sentyabrın 1-i başlayacaq? - Rəsmi cavab

Azərbaycanda bu il dərslərin sentyabrın 1-i başlaması ilə bağlı fikirlər səsləndirilir. Hətta iddia edilir ki, bəzi məktəb direktorları bununla bağlı müəllimlərə məlumat verib.
Bakupost.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov Azxəbər.com-a açıqlamasında bu məlumatın doğru olmadığını deyib:
"Tamamilə yanlış məlumatdır. Bu il dərslər 15 sentyabr tarixində başlayacaq”.