Hegomonluq: Valideyn komitəsi, yoxsa pul maşını?

Türkiyə məktəblərində bir şagirdin sinif anası ilə mübahisəsi gündəmə gəlib. Valideynin “Mən bu sinfin sinif anasıyamsa, hər şeyi bilməliyəm” deməsi, şagirdin isə “Sinif anasısan dünyanın ağası yox ” cavabını verdiyi videoya böyük reaksiya olub. "       
Bu görüntülərdən sonra Türkiyə Təhsil Nazirliyi müəllimlərlə valideynlər arasında ünsiyyətin qurulması üçün könüllü xidmət olan “sinif analığı” ilə bağlı qərar verib. Mübahisələrə səbəb olan bu vəzifənin ləğvi ilə bağlı valiliklərə xəbərdarlıq məktubu göndərilib.
Məqalədə; Bildirilib ki, “sinif anası” adı ilə təyin olunan valideynlərin digər valideynlərdən  pul yığması, dərs ləvazimatları ilə təmin olunması üçün pul tələb etməsi, vaxtaşırı dərslərə müdaxilə etməsi ilə bağlı şikayətlər daxil olub.
Qeyd olunub ki, tədris mühitinə müəllimlərdən başqa şəxslərin müdaxiləsi təhsilin keyfiyyətini pisləşdirir, pedaqoji prinsiplərə zidd vəziyyətlər yaradır. Göndərilən məktubda sinif anası və ya oxşar adlar altında qanunvericilikdə yer almayan əməllərə yol verilməməsi və məktəblərə bu mövzuda xəbərdarlıq edilməsi istənilib.

Azərbaycandakı valideyin komitələrinin fəaliyyəti barəsində “Sherg.az”a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, bu cür komitələt qeyri-qanuni, şifahi şəkildə yaradılır: 
“Azərbaycanda valideyin komitələri sinif rəhbərlərinə xoş gəlmək üçün bir neçə valideyinin hegomonluğu üzərində qurulur. Bu komitələrin dırnaq arası  fəaliyyəti müəllimlər üçün xüsusi günlərdə işə düşür. Onlara tədrisin keyfiyyəti, təlim-tərbiyə metodikası, dərsliklərlə bağlı problemlər maraqlı deyil. Yalnızca müəyyən tarixlərdə pul yığmaqla məşğuldurlar. Bir neçə valideyin hegomonluğu ələ keçirir və müəllimlə yaxınlıq quraraq həmin sinifdə təhsil alan övladının aparıcı qüvvəyə çevrilməsinə çalışır. Sinif anası adlandırılan bu xanımlar digər valideyin və şagirdlərə psixoloji təsir göstərirlər. Hər hansısa valideyin haqlı şəkidə müəllimə irad bildirən zaman müəllim qalır kənarda sinif anası valideyinə qarşı çıxır. Adətən bu cür vəzifəni üstlənən qadınlar dildən iti olurlar və digər valideyinlərə diqtə etmək bacarığına sahib olurlar. Üzərinə gedilən valideyin növbəti dəfələrdə artıq  müəlliməyə öz iradın bildirməkdən çəkinir.  Bu gün bizə belə fəaliyyət göstərən valideyin komitələri lazım deyil”. 

E.Nuri Azərbaycanda bu yöndə fəaliyyət göstərən  bir neçə Qeyri-Hökümət Təşkilatının  olduğunu vurğulayıb: 
“Bunlardan biri  də "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyi" dir. Şahin Rəcəbovun sədirliyini etdiyi sözü gedən qurum ölkənin müxtəlif regionlarında valideyinlərlə görüşlər təşkil edərək valideyin komitəsinin nə işlər görməli olduğu barədə məlumatlandırma işləri aparır.  Onların  bu istiqamətdə  təcrübələrindən yararlanmaq lazımdır”.