Gürcüstan azərbaycanlısı Kembric universitetində işə başlayıb

Əslən Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndindən olan Albina Məmmədova dünyanın ən qabaqcıl universitetlərindən biri olan Kembricdə (University of Cambridge) işə başlayıb.

Sherg.az "24News.ge"  saytına istinadən  xəbər verir ki, gənc xanım burada Coğrafiya departamentində fəaliyyət göstərəcək.

Məlumata əsasən, o, departamentin kommunikasiyalar üzrə koordinatoru təyin edilib.

Qeyd edək ki, Albina Məmmədova 2 il öncə ödənişsiz olaraq Kembricdə magistraturaya qəbul olub.