Məleykə Abbaszadə: İmtahan tariflərində heç bir dəyişiklik yoxdur

"İmtahan tariflərində heç bir dəyişiklik yoxdur".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, belə bir dəyişiklik olarsa, Tarif Şurasının qərarı olmalıdır:
"Kütləvi imtahanların sifarişçisi Elm və Təhsil Nazirliyidir. Bu imtahanlarda iştirakçılar pul ödəmir. Onların ödənişləri dövlət tərəfindən ödənilir".