Məktəblərin zəhmi yoxa çıxıb: Təcili kişi müəllimləri məktəblərə qaytarmaq lazımdır

Qadın müəllimlərin sayına görə Azərbaycan 1-ci yerdədir. Bu gün qadın müəllimlərin davranışı oğlan uşaqlarına yansıyır


“Oğlanlara müəllim ixtisasını sevdirmək üçün nə lazımsa edək”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu paylaşımı ilə məktəblərdə kişi müəllimlərin azlığına diqqət çəkib.  Doğrudan da, Azərbaycanda kişi müəllimlərlə qadın müəllimlər arasında xeyli say fərqi var. Bu vəziyyət, xüsusilə ibtidai siniflərdə daha açıq görünür. Belə ki, metodik peşə fəaliyyətində çox vaxt qadın müəllimlərin sayı üstünlük təşkil edir.
 
 Təhsil ekspert Elşən Qafarov “Sherg.az”a açıqlamasında qaldırılan məsələnin kifayət qədər ciddi problem olduğunu deyib: 

“Qadınların ən çox ümumtəhsil məktəblərində çalışdığı ölkə Sloveniya, Slovakiya, Pribaltika idi, ancaq biz son 6 ildə onların hamısını geridə qoyduq və hazırda Azərbaycan 1-ci yerdədir. Bu məsələ kifayət qədər problemli məsələdir, bunun da sosial və digər səbəbləri var. Hazırda qadınların təhsildə üstünlük təşkil etməsinin əsas səbəbi müəllimlərin maaşının aşağı olmasıdır. İkinci səbəb isə bu gün müəllim işinin ancaq qadınlara aid olması ilə bağlı fikrin formalaşmasıdır. Məktəblərimiz 1990-2000-ci illərin ağır sınağından çıxıb, kişi müəllimlərin çoxu ticarət və digər sektorlara getməli oldu ki, bu da sosial vəziyyətlə bağlıdır. Bu problemi aradan qaldırmaq üçün müəllimin maaşını artırmaq lazımdır. Ən azı indikindən iki dəfə çox olmalıdır. Azərbaycan keçmiş MDB məkanında müəllimlərin ən az əməkhaqqı aldığı ölkələrdən biridir. Eyni zamanda ali məktəblərə, orta ixtisas məktəblərinə qəbul prosesi tənzimlənməlidir. Bu gün istənilən kurs kişi müəllimlərinə ümumtəhsil məktəblərindən iki dəfə çox əməkhaqqı verir.
  Pedaqoji sahəni keçən kişi müəllimlər daha çox kurslarda işləməyə üstünlük verir. Bu gün ümumtəhsil məktəblərində tərbiyə mühiti dağıdılıb, konsepsiya yoxdur.
  Təhsilə kişi kadrların cəlbi üçün sistemli addımlar atmaq lazımdır. 
 Kişi müəllimlərin təhsilə gəlməsi üçün ilk növbədə məktəblərdə tərbiyə mühitini optimallaşdırmaq lazımdır. Bu sahədə də heç bir iş görülmür”.

  Psixoloq Elnur Rüstəmov isə hesab edir ki, müəllim şagird üçün bir nümunə modelidir. Bu gün isə şagirdlər üçün nümunə modeli qadın müəllimlərdir: 

“Ən pisi isə odur ki, oğlan şagirdlərin inkişafına da bu nümunə təsir edir. Məktəb təkcə bilik vermir. Həm də tərbiyə verir. Uşaqların əksər davranışları ətrafdakı nümunələrdən formalaşır. Onlar isə nümunə kimi qadın müəllimləri görürlər”.
  Məktəblərdə kişi müəllimlərə ciddi ehtiyac olduğunu vurğulayan psixoloqa görə, bu gün qadın müəllimlərin davranışı oğlan uşaqlarına yansıyır. Uşaq yaşında, yeniyetmə yaşda oğlan uşaqlarının təkcə qadın müəllimlərlə ünsiyyətdə olması onların formalaşan xarakterinə təsir edir. Bu məsələdə məktəblərdə balansı qorumaq lazımdır. Həm də  kişi müəllimlər təhsilin keyfiyyətinə, məktəbdə nizam-intizama təsir göstərir. Daha zəhmli olurlar. Bəzən yeniyetmə yaşda şagirdlər qadın müəllimlərdən o qədər çəkinmir. Amma kişi müəllim görəndə davranışlarını tənzimləyirlər. Kişi müəllimlərin oğlanların cinsi tərbiyəsinə də müsbət təsiri var”.

  Millət vəkili, təhsil eksperti Etibar Əliyev də deyib ki, hazırda orta məktəblərdə müəllimlərin 80 faizdən çoxunu qadınlar təşkil edir. Kişi müəllim sayı çox azdır: 

“Get-gedə bu say daha da azalır. Kişi müəllimləri məktəblərə qaytarmaq üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Bu gün buna çox ehtiyac var”.
  Millət vəkilinin sözlərinə görə, MİQ imtahanında kişi müəllimlərin balı çatmasa da, sinifləri boş qoymaq düzgün deyil. Onları məktəblərə göndərmək lazımdır. Həmin müəllimlər növbəti ildə də imtahandan keçə bilərlər: “Rayonlarda elə məktəblər var ki, orada nəinki kişi müəllim mövcuddur, hətta fənn müəllimləri belə yoxdur. Bir də görürsən ki…