DİM Bakı Musiqi Akademiyasına qəbul olmaq istəyənlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi Bakı Musiqi Akademiyasının truba və saksafon alətləri üzrə İnstrumental ifaçılıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
DİM-dən  verilən məlumata görə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müraciətinə əsasən, 2024–2025-ci tədris ili üçün Akademiyanın truba və saksafon alətləri üzrə instrumental ifaçılıq ixtisasına qəbulda 11 illik musiqi təhsili haqqında şəhadətnamə və ya kollec (orta ixtisas) musiqi təhsili tələbi müəyyən edilib. Bu tələbin şərtlərini nəzərə alaraq abituriyentlər qabiliyyət imtahanında ixtisasla yanaşı, harmoniya və solfecio, musiqi ədəbiyyatı imtahanlarını da verəcəklər.
Aşağıdakı cədvəldə bütün ixtisaslar üzrə imtahan fənləri göstərilib:

Komissiya
İxtisaslar
Nəzəriyyə imtahanları
kodu
adı
18
Orksert alətləri (BMA)
İnstrumental ifaçılıq: (simli: violin;
nəfəs: fleyta, klarnet, saksofon, truba)
Harmoniya və solfecio,
Musiqi ədəbiyyatı
19
Orkestr alətləri (BMA)
İnstrumental ifaçılıq: (simli: violonçel, kontrabas, arfa, viola)
(nəfəs: trombon, qoboy, faqot, tuba, valtorna, zərb alətləri)
Musiqi nəzəriyyəsi və solfecio
20
Fortepiano, orqan, klavesin (BMA)
İnstrumental ifaçılıq: fortepiano, orqan, klavesin
Harmoniya və solfecio,
Musiqi ədəbiyyatı
22
Xalq çalğı alətləri (AMK)
İnstrumental ifaçılıq: tar, kamança, qanun
Harmoniya və solfecio
23
Xalq çalğı alətləri
İnstrumental ifaçılıq (alətlər üzrə)
Musiqi nəzəriyyəsi və solfecio
24
Akademik vokal
Vokal sənəti (sahələr üzrə)
Musiqi nəzəriyyəsi və solfecio, Musiqi ədəbiyyatı
25
Xanəndəlik
Vokal sənəti (sahələr üzrə)
Musiqi nəzəriyyəsi və solfecio
26
Populyar musiqi və caz ifaçılığı
Populyar musiqi və caz ifaçılığı (vokal)
Musiqi nəzəriyyəsi və solfecio
27
Dirijorluq
Dirijorluq (sahələr üzrə)
Harmoniya və solfecio,
Musiqi ədəbiyyatı
28
Milli vokal
Vokal sənəti (sahələr üzrə)
Musiqi nəzəriyyəsi və solfecio
29
Bəstəkarlıq
Bəstəkarlıq
Harmoniya və solfecio,
Musiqi ədəbiyyatı
30
Musiqişü­naslıq
Musiqişünaslıq
Harmoniya və solfecio,
Musiqi ədəbiyyatı,
Harmoniya şifahi
31
İnstrumental ifa
İnstrumental ifaçılıq:
fortepiano, orkestr alətləri (simli: violin, viola, gitara, nəfəs: klarnet, saksofon, zərb alətləri)
Musiqi nəzəriyyəsi və solfecio
32
Musiqi müəllimliyi
Musiqi müəllimliyi (alətlər üzrə)
Musiqi nəzəriyyəsi və solfecio
36
Populyar musiqi və caz ifaçılığı
Populyar musiqi və caz ifaçılığı
(alətlər üzrə)
Musiqi nəzəriyyəsi və solfecio
71
Fortepiano (NDU)
İnstrumental ifaçılıq: fortepiano
Musiqi nəzəriyyəsi və solfecio
72
Orkestr alətləri (NDU)
İnstrumental ifaçılıq: orkestr alətləri
Musiqi nəzəriyyəsi və solfecio
73
Musiqişü­naslıq (NDU)
Musiqişünaslıq
Harmoniya və solfecio,
Musiqi ədəbiyyatı
74
Xalq çalğı alətləri (NDU)
İnstrumental ifaçılıq (alətlər üzrə)
Musiqi nəzəriyyəsi və solfecio
75
Dirijorluq (NDU)
Dirijorluq (sahələr üzrə)
Harmoniya və solfecio,
Musiqi ədəbiyyatı
95
Xanəndəlik (NDU)
Vokal sənəti (sahələr üzrə)
Musiqi nəzəriyyəsi və solfecio
96
Milli vokal (NDU)
Vokal sənəti (sahələr üzrə)
Musiqi nəzəriyyəsi və solfecio