Məktəblərdə smartfon qadağası- Gənc alim müraciət ünvanladı

“Şagirdlərin məktəbə sensorlu mobil telefon (smartfon) aparması qadağan edilməlidir”.

"Sherg.az" xəbər verir ki, bu barədə gənc alim Elyar İslamoğlu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuraya və şəxsən ETN rəhhbəri Emin Əmrullayevə müraciət ünvanlayab .

Sosial şəbəkələrə və porno saytlara girişin  çox rahat olduğunu vurğulayan E. İslamoğlu  bu məsələnin  çox ciddi narahatlıq doğurduğunu deyib:

 “Şagirdlər məktəbdə də istədikləri zaman həmin saytlara və sosial şəbəkələrə daxil ola bilir, zorakılıq videolarını kütləvi şəkildə izləyirlər. Bu da onların tərbiyəsinə və davranışına birbaşa təsir edir. Həm də bəzi şagirdlər sosial şəbəkələrdə paylaşıb reytinq yığmaq üçün istər dərs zamanı, istərsə də tənəffüslərdə xoşagəlməz çəkilişlər edir. Dərsdən sonra sensorlu mobil telefonun şagirdə verilib-verilməməsinə valideynlər özləri qərar verə bilər. Amma məktəblərə sensorlu mobil telefonun (smartfon) girişi birdəfəlik qadağan edilməlidir. 
Övladı üçün narahat olan valideynlər onlara sadə, yalnız zəng funksiyası olan telefon verə bilər”.