Məktəblərdə monitorinqlərə başlanılıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi təhsil müəssisələrində monitorinqlərə başlayıb.
Bu barədə APA-ya Agentlikdən xəbər verilib.
Məlumata görə, monitorinqlərin məqsədi təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsidir.