Məktəblərdə xarici dil imtahanları aşağı səviyyədə aparılır.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszdə deyib.
O bildirib ki, xarici dil imtahanları verən 9-cu sinif şagirdlərinin xarici dil səviyyəsi A2-dir:
"11 ci sinfi bitirən şagirdlərin isə xarici dil bilikləri B1-dir".
Sədr əlavə edib ki, bir neçə il əvvəl ilə müqayisədə şagirdlərin xarici dil bilikləri artıb:
"Mən istərdim ki, müsbət dinamika şagirdlərin riyaziyyat biliklərində də özünü göstərsin".