Məktəblərdə baş verən son hadisələrdə yalnız ümumtəhsil müəssisəsini günahlandırmaqla məsələni həll etmək mümkün deyil.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov deyib.
O bildirib ki, valideyn və məktəb birgə işlənməlidir: “Bu cür hadisələr hər zaman olub. Sadəcə, hazırda bunun ictimaiyyətə təqdim edilmə forması dəyişib. Buna diqqət etmək lazımdır. Məktəblərdə davranış qaydaları hazırlanır. Bu, pilot layihə kimi hazırda 300-dən çox məktəbdə tətbiq olunur. Bu gələcəkdə özünü doğruldarsa, bu qaydaların digər təhsil müəssisələrində tətbiqini nəzərdə tuturuq”.