Ekspert nazirin açıqlamasına aydınlıq gətirdi: Söhbət İT əsaslı modern ixtasaslardan gedir

Növbəti illərdə biz yeniliklər görəcəyik.
Bunu təhsil naziri Emin Əmrullayev "Yaşıl artım gündəliyində təhsil" mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, növbəti illərdən təhsil sistemində innovativ yeniliklər tətbiq olunacaq.
"Təhsil ictimaiyyəti olaraq yenilənməyə hər zaman açıq olmalıyıq. Təhsilin kökündə dayanan fundamental elmlərdir, məhz inkişafa aparan bu elmlərdir. Dövrün reallıqlarına uyğun olaraq yeni ixtisasların açılmasını da görəcəyik", - deyə nazir əlavə edib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a bildirib ki, təhsil ictimaiyyətinə doğma olan insanlar, rəsmi və ya qeyri-rəsmi şəxslər tərəfindən də bunun vacibliyi vurğulanıb:

“Bu gün ali təhsil seqmenti 21 ci əsrin tələbinə uyğun olaraq inkişaf xətti ilə ayaqlaşmağı tələb edir. Dünyanın böyük universitetlərində hazırda heç bir problem yoxdur. Onlarda artıq 21 ci əsrin İT dövrünün və suni intellekt əsrinin tələbləri ilə ayaqlaşacaq təhsil-tədris proqramı var. Çox istərdik ki, Azərbaycan universiterlərində də buna ayaq uydura biləcək fəaliyyət proqramı və inkişaf paketi olsun. Nazirin dediyi yeni ixtisaslar məsələsidə bu fəaliyyət proqramı və inkişaf paketinin əsasında formalaşsın. Söhbət İT əsaslı modern ixtasaslardan gedir. Suni intellekt dövrünün tələbləri və onun əmək bazarında necə tətbiqi mexanizmləri, hansı sahə və peşələrin daha vacib olacağı önəmli rol oynayır. Bütün sahələrin əsasında suni intellekt və İT imkanları duracaq. Yeni yaradılan ixtisaslar da bu əlaqənidə özündə əks etdirməlidir. Məsələn tibb ixtisasıdırsa, paralel olaraq xüsusi nano tətbiqlər, suni intellekt əsaslı tibb və yaxudda mühəndislik əsaslıdırsa, onun İT ilə əlaqələndirilməsini əks etdirən yeni ixtisaslar yaradılmalıdır. Elə ixtisaslar var ki, adı və mövqeyi qala bilər. Ancaq onun formatı modernləşməli və rəqəmsallaşmalıdır. Rəqəmsəl dünyaya aid olan ixtisaslar nano texnologiya, robot texnikası, suni intellekt, qeyri-səlis məntiq, block change və kiber dünyanın sirləri ilə bağlı müəyyən istiqamətlər olmalıdır. Bunların olmadığı müddətdə bizim universiterlər öz inkişaf xəttlərini düzgün müəyyənləşdirə bilməzlər.”