Sus və Zabux kəndlərində uşaq bağçaları fəaliyyətə başlayacaq

Yaxın günlərdə Sus və Zabux kəndlərində uşaq bağçaları fəaliyyətə başlayacaq.
“Sherg.az”xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, Böyük qayıdış dövlət proqramı çərçivəsində hazırda, Ağalıda, Talış kəndində bağçalarımız fəaliyyət göstərir:
"Həmçinin yaxın günlərdə Sus və Zabux kəndlərində də bağçalar fəaliyyətə başlayacaq".