Lisey və gimnaziyaların seçimi prosesi yekunlaşmaq üzrədir

21, 22, 23 iyun tarixlərində 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilib.
“Sherg.az”xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, imtahanda 26 min 518 nəfər iştirak etdi. 21 min 684 nəfər 10 baldan yüksək, 1610 nəfər şagird isə 40 baldan yüksək nəticə göstərib:
"Hazırda minimum 10 ballıq nəticəyə malik şagirdləri lisey seçimi yekunlaşmaq üzrədir. Bu mərhələdə şagirdlərə 3 lisey seçmək hüququ verilir. Hər 3 seçimi etmək zəruri deyil.Proses yekunlaşdıqdan sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil".