Ali təhsil müəssisələrində monitorinq keçiriləcək
19:14 26.12.2019
Elm və Təhsil
535
Dekabrın 26-da Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə ali təhsil müəssisələrinin prorektorları ilə görüş keçirilib. Təhsil Nazirliyindən verilən xəbərə görə, orta ixtisas təhsili müəssisələrinin direktorları, direktor müavinlərinin də iştirak etdiyi görüşdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, tədbirin məqsədi təhsil müəssisələrində tərbiyə işinin təşkili ilə bağlıdır.
Firudin Qurbanov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirdəki konseptual çıxışında dünyadakı çağırışlar, Azərbaycanın bu çağırışlara müvafiq yanaşması, ölkəmizdə aparılan islahatlar, eləcə də təhsil müəssisələri qarşısında duran həlli vacib vəzifələrə, həmçinin bir sıra digər məsələlərə toxunub.
IV sənaye inqilabından danışan Təhsil nazirinin müavini qeyd edib ki, bu dövr həm də süni intellektin sənaye və istehsalatda geniş tətbiq olunması ilə müşayiət olunur. Yeni çağırış və dəyişikliklərin təhsil sisteminə təsirindən danışan Firudin Qurbanov bildirib ki, belə bir şəraitdə təhsil müəssisələri qarşısında hərtərəfli, müasir biliklərlə yanaşı, həm də ünsiyyət qurma bacarıqlarına malik, komanda mühitində işləməyi, öz işini proqnozlaşdırmağı bacaran gənclərin yetişdirilməsi mühüm şərtdir. Nazir müavininin sözlərinə görə, ali təhsil müəssisələri təkcə bilik və bacarıqlara deyil, həm də müxtəlif insani keyfiyyətlərə, qabiliyyətlərə malik insan yetişdirməlidir ki, onlar cəmiyyətə fayda versinlər. Bu mənada ali təhsil müəssisələri qarşısında çətin, məsuliyyətli vəzifə durur.
Təhsil nazirinin müavini gənclərin milli ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hissinin aşılanmasında ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən danışıb. Ali təhsil müəssislərində gənclərlə müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edən Firudin Qurbanov gənclərin mühüm mədəni-kütləvi, incəsənət tədbirlərinə, intellektual oyunlara, idman yarışlarına cəlb olunmasının vacibliyini qeyd edib. Nazir müavini təhsil müəssisələrində təlim-tərbiyə işinin gedişi ilə bağlı müvafiq monitorinqlər aparılacağını əlavə edib.
Daha sonra qarşılıqlı fikir mübadiləsi şəkilində davam etdirilən görüşdə təhsil müəssisələrində tərbiyə işinin gücləndirilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin səhhəti kəskin pisləşdi
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm
Qonçarenko: Zelenski kameralardan kənarda rus dilində danışır
13:39 07.08.2026
Gündəm
Təl-Əviv Ankaranı kənarda saxlayan yeni regional ox qurur - ŞƏRH
13:31 07.08.2026
Region
Saakaşvili: Məni buna görə bağışlaya bilmirlər
13:25 07.08.2026
Region
Media reyestrinin aparılması qaydaları dəyişdi - FƏRMAN
13:10 07.08.2026
Gündəm
Şagird məktəbdə qətliam törətdi: 9 ölü...
12:46 07.08.2026
Hadisə
Bakıda moped və motosiklet oğurlayanlar həbs olundu
12:35 07.08.2026
Hadisə
Tərtərdə ər-arvadın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub
12:04 07.08.2026
Hadisə
Tərtərdə ər-arvadın öldüyü yanğının qəsdən törədildiyi məlum olub
11:42 07.08.2026
Hadisə
Bakının mərkəzində obyekt yanır
11:38 07.08.2026
Hadisə
SEPAH generalı: Mehdinin zühuruna hazırlıq görürük
11:33 07.08.2026
Gündəm
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi ittifaq yaradır
11:01 07.08.2026
Gündəm
Paşinyan Qırğızıstanın inkişaf tempini yüksək qiymətləndirib
10:53 07.08.2026
Dünya