Bu il 110 min tələbənin təqaüdü 20 faiz artırılıb
18:45 16.12.2019
Elm və Təhsil
571
2019-cu ildə akademik göstəricilərə çox ciddi təsir edən amil olan, 110 min nəfər tələbəni əhatə edən təqaüd məbləğləri orta hesabla 20 faiz artırılıb.
Bunu Prezident İlham Əliyevin sərəncamlarına əsasən Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə bu təhsil müəssisəsinin əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə dövlət tərəfindən Azərbaycan ali təhsil müəssisələrində dövlət sifarişi hesabına oxuyan tələbələrin sayı 2018-ci illə müqayisədə 66 faiz artaraq 12 min 300-dən 20 min 500-ə yüksəlib.
C.Bayramov əlavə edib ki, dövlət başçısı tərəfindən təqaüd yerlərinin 16 min vahid artırılması barədə verilən sərəncamda növbəti müddətlər üçün konkret hədəflər qoyulub. Belə ki, 2019-2020-ci akademik ilində ali təhsil sistemində ən azı 45 faiz, növbəti illərdə isə ən azı 50 faizdən az olmayan tələbənin təqaüd alması təsbit edilib.
C.Bayramov müəyyən kateqoriyalı, sosial cəhətdən qayğıya, dəstəyə ehtiyacı olan insanların akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti hesabına təhsil almaq hüququna malik olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, 2019-cu ildə bu kateqoriyadan olan 2000-dən çox I və II qrup əlil olan şəxs dövlət hesabına təhsil almaq hüququ əldə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin səhhəti kəskin pisləşdi
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm
Qonçarenko: Zelenski kameralardan kənarda rus dilində danışır
13:39 07.08.2026
Gündəm
Təl-Əviv Ankaranı kənarda saxlayan yeni regional ox qurur - ŞƏRH
13:31 07.08.2026
Region
Saakaşvili: Məni buna görə bağışlaya bilmirlər
13:25 07.08.2026
Region
Media reyestrinin aparılması qaydaları dəyişdi - FƏRMAN
13:10 07.08.2026
Gündəm
Şagird məktəbdə qətliam törətdi: 9 ölü...
12:46 07.08.2026
Hadisə
Bakıda moped və motosiklet oğurlayanlar həbs olundu
12:35 07.08.2026
Hadisə
Tərtərdə ər-arvadın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub
12:04 07.08.2026
Hadisə
Tərtərdə ər-arvadın öldüyü yanğının qəsdən törədildiyi məlum olub
11:42 07.08.2026
Hadisə
Bakının mərkəzində obyekt yanır
11:38 07.08.2026
Hadisə
SEPAH generalı: Mehdinin zühuruna hazırlıq görürük
11:33 07.08.2026
Gündəm
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi ittifaq yaradır
11:01 07.08.2026
Gündəm
Paşinyan Qırğızıstanın inkişaf tempini yüksək qiymətləndirib
10:53 07.08.2026
Dünya