DİM iddialara münasibət bildirib
Yusif Nəzərli
07:48 16.03.2023
Elm və Təhsil
635
Dövlət İmtahan Mərkəzi martın 5 və 12-də keçirilən buraxılış imtahanlarında test suallarının yanlış olması ilə bağlı iddialara münasibət bildirib.
Qurumdan "Report"a verilən məlumata görə, son günlər 5 və 12 mart tarixlərində keçirilən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından sonra sosial şəbəkələr və ictimaiyyət arasında müəyyən müzakirələr aparılır.
Bildirilib ki, buraxılış imtahanları iştirakçıların əhatə dairəsinə görə ən kütləvi imtahanlar hesab olunur, həmçinin imtahanların nəticələri orta məktəbdə təhsil alan şagirdlərin yekun attestasiyası, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı nəzərə alınır.
"Bu baxımdan imtahanlara marağın yüksək olması və müzakirələrin aparılması başadüşüləndir və Dövlət İmtahan Mərkəzi tərəfindən anlayışla qarşılanır. Lakin müəyyən məqamları bir daha imtahan iştirakçılarının diqqətinə çatdırmaq istəyirik. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına daxil olan fənlərin proqramı 5-11-ci siniflərdə tədris olunan mövzuları əhatə edir. 11-ci sinifdə fevral ayından sonra keçirilən mövzular imtahanda istifadə olunmur. Buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqları ümumtəhsil müəssisələrində qüvvədə olun dərsliklər əsasında hazırlanır və müvafiq fənlər üzrə təhsil proqramı - kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət edir", - DİM-dən qeyd olunub.
Bildirilib ki, ölkənin təhsil sistemində 2008-ci ildən etibarən yeni təhsil proqramları (kurikulumları) tətbiq olunur. Təhsilin məzmunu dəyişərək “yaddaş məktəbi"ndən “təfəkkür məktəbi"nə keçilib. Bu isə o deməkdir ki, tədris prosesində məqsəd təkcə biliklərin verilməsi deyil, bacarıqların da formalaşdırılması olmalıdır. Bu əsas götürülərək buraxılış imtahanlarında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə hazırlanmış imtahan modeli tətbiq olunur. Yəni imtahanda qapalı tipli tapşırıqlarla yanaşı, ətraflı yazılı cavab tələb edən tapşırıqlardan da istifadə olunur. Bu tapşırıqlar meyarlar əsasında qiymətləndirilir və bu imtahan iştirakçılarının bilik və bacarıqlarının daha dəqiq müəyyən olunmasına imkan verir. Onu da bildiririk ki, belə tapşırıqlar aşağı siniflərdən başlayaraq dərsliklərdə istifadə olunur.
Yuxarıda qeyd olunanlara uyğun olaraq 11-ci siniflər üçün buraxılış imtahanı artıq beşinci ildir ki, yeni model əsasında keçirilir və bu imtahanlar layihələndirilərkən həm orta məktəblərdə keçirilən monitorinq imtahanlarının, həm də son dörd ildə keçirilən buraxılış imtahanlarının elmi-statistik göstəricilərinə aid təhlillərdən də istifadə edilir. Bu təhlillər isə onu göstərir ki, imtahanla bağlı göstəricilər müxtəlif hazırlıq səviyyəsinə malik şagirdlərdən gözlənilən nəticələrə uyğundur və bu baxımdan illər üzrə göstəricilər bir-birinə çox yaxındır. Müqayisə üçün 2019-2022-ci illərdə keçirilən buraxılış imtahanlarında iştirak edən orta statistik şagirdlərin topladıqları ümumi balları da təqdim etmək istəyirik. Buraxılış imtahanında iştirak edən orta statistik şagird 2019-cu ildə 112.78, 2020-ci ildə 115.82, 2021-ci ildə 115.93, 2022-ci ildə isə 111.72 bal toplayıb.
Bu il keçirilən imtahanlarda istifadə edilən tapşırıqlar da iştirakçıların cavablarının statistik təhlili əsasında bir daha araşdırılacaq və bu təhlil əsasında müvafiq məlumatlar ictimaiyyətə təqdim olunacaq. Bundan əlavə, hamıya məlumdur ki, DİM tərəfindən aparılan təhlillər nəticəsində testlərdə hər hansı uyğunsuzluq aşkar olunarsa, imtahan iştirakçılarının xeyrinə qərar qəbul olunur. Həmçinin yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi məqsədilə seçilmiş yazı işləri nümunəsi əsasında meyarlar dəqiqləşdirilərək ehtiyac yarandığı təqdirdə onlarda müvafiq düzəlişlər edilir. Nəticələr elan olunduqdan sonra iştirakçıların müraciətlərinə baxılması üçün apellyasiya komissiyası da yaradılır.
Qeyd edək ki, 17 mart 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, onun statistikası və buraxılış imtahanlarının gedişatına həsr olunmuş mətbuat konfransı keçirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat