
Ekspert: Biz təkcə 500 nəfərlə kifayətlənməliyik
13:18 04.08.2025
Elm və Təhsil
282
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na magistratura səviyyəsi üzrə qəbul nəticələri müəyyən olunub.
Bu barədə Elm və Təhsil nazirliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqənin nəticələrinə əsasən 356 namizəd magistratura səviyyəsi üzrə proqram iştirakçısı adını qazanıb.
Beləliklə, 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər isə doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 160 nəfəri “universitetlər üzrə top 10”da yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu siyahıda "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, "Berkeley", "ETH Zurich", "University of Oxford", "Harvard University", "Yale University" kimi nüfuzlu ali təhsil müəssisələri yer alır.
Qeyd edilib ki, Dövlət Proqramı çərçivəsində magistratura səviyyəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı da vardır ki, 2025-2026-cı tədris ili üzrə proqram iştirakçısı seçilmiş namizədlərdən kimsə proqramdan bu və ya digər səbəbdən imtina etdiyi təqdirdə Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutularaq sözügedən siyahıya istinad olunaraq növbəti Dövlət Proqramı iştirakçısının seçilməsi nəzərdə tutulur.
Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a bildirdi ki, 2022-2028-ci il dövlət proqramında artıq nəzərdə tutulurdu ki, xarici ölkələrin ali təhsil müəssisələrində dövlət proqramına qəbul olan şəxslər ölkəyə qayıtdıqdan sonra əmək fəaliyyətinə başlasınlar:

“Yəni onların demək olar ki, beş illik bir əmək müqaviləsi bağlanır və ölkəyə qayıtdıqdan sonra minimum beş il ölkədə fəaliyyət göstərməlidirlər. Əlbəttə ki, burada daha çox magistratura proqramına cəlb olunma, sonra bakalavr, sonra isə doktorantura yer tutur. Hazırkı tədris ilində təhsil alanların say nisbətinə görə 500 nəfərlik kvota kadr ehtiyatlarına cavab vermir. Biz təkcə 500 nəfərlə kifayətlənməliyik. Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən şəxslər də var. Onlar da təbii ki, dövlət qulluğunda, dövlətə məxsus qurumlarda və digərlərində işləmək imkanı qazanmalıdır.”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm