Fəlsəfə doktoru imtahanlarının Danışıq bloku üzrə imtahanı yekunlaşıb
Fəlsəfə doktoru imtahanlarının Danışıq bloku üzrə imtahanı yekunlaşıb
Yusif Nəzərli
08:08 20.06.2023
Elm və Təhsil
505
2023-cü il 16-19 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən dil bilikləri üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının, habelə əcnəbi vətandaşların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku üzrə imtahanı keçirilib.
DİM-dən APA-ya verilən xəbərə görə, imtahan ingilis, alman, fransız, əcnəbi vətəndaşlar üçün isə Azərbaycan dili üzrə şifahi formada – kompüter proqramı vasitəsilə həyata keçirilib. Danışıq bloku üzrə imtahanda iştirak etməli olan 2279 nəfərdən 2218-i imtahana gəlib.
Qeyd edək ki, imtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər.
Xarici dil üzrə ümumi imtahan nəticələrinin iki həftə ərzində elan olunması nəzərdə tutulur.
Eyni zamanda, Danışıq bloku üzrə minimum 2 bal toplamayan şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, doktoranturaya qəbul imtahanı verənlər növbəti – fəlsəfə imtahanına buraxılmır, fəlsəfə doktoru imtahanı verənlər isə müvafiq şəhadətnamə ilə təmin olunmurlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm