Gürcüstanda Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün təlimlər keçiriləcək.

“Maarif” təşkilatının təşkilatçılığı ilə iyun ayının 6-dan etibarən Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün təlimlər keçiriləcək.

Bu barədə 24News.ge xəbər portalına “Maarif” təşkilatının rəhbəri Ələddin Qarabağlı məlumat verib.

O bildirib ki, təlimlər iyul ayının sonuna kimi, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin peşə-ixtisas imtahanlarına qatılacağı günə kimi davam edəcək. Təlimlər həftənin II, III, IV, V günlərində saat 16:00-da başlayacaq.

1 aylıq təlimin qiyməti: 150 GEL, həftədə 4 dəfə (2 gün azərbaycan dili və ədəbiyyatı, 2 gün isə qramatika olacaq)

Təlimlər WHATSAPP vasitəsilə həyata keçiriləcək. Təlimlərdə iştirak etmək istəyənlər +995 599 54 22 80 WHATSAPP istifadəçisini əlavə edib təlimlərə qatıla bilərlər.

Qeydiyyat üçün son müraciət tarixi: 04 İyun 2022-ci il saat 18:00 – a kimidir.

“Maarif” təşkilatının əlaqə nömrəsi: +995 593 69 46 49

Təlimlər Azərbaycan dili və ədəbiyyat müəllimi Əbdüləli İbrahimov tərəfindən keçiriləcək.

Qeyd: Təlimdə iştirak edən müəllimlərin nəzərinə çattırilir ki, onları maraqlandıran bütün suallara Maarif təşkilatının yuxarıda göstərilən mobil telefon nömrəsinə zənk edib maraqlandıqları suallara cavab ala bilərlər.