Nazir: "Ağalı məktəbində 65 şagird təhsilə cəlb olunub, sayın artması gözlənilir"
Yusif Nəzərli
06:55 15.09.2022
Elm və Təhsil
689
“Uzun müddətdən sonra ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindəki tam orta məktəbdə zəng çalınıb. Bu gün həqiqətən də fərqli Bilik Günüdür. Hesab edirəm ki, bu, böyük prosesin başlanğıcıdır. Bu gün həm qürurverici, həm də ümidvericidir”.
“Report” xəbər verir ki, bunu həmin məktəbdə tədris ilinin başlanması tədbirində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, Ağalı məktəbində 65 şagird təhsilə cəlb olunub:
“Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Ağalı sakini olan 14 müəllim tədris deyəcək. Sevindirici hal idi ki, burada işləmək üçün təxminən 800-ə yaxın müəllim müraciət etmişdi. Sakinlərin köçü davam etdiyindən yaxın həftələrdə şagird sayının artması gözlənilir. Kompleksdə həmçinin məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərəcək. Əminəm ki, Ağalı kənd tam orta məktəb təhsil sisteminin ən üzdə olan məktəblərindən biri olacaq”.
O qeyd edib ki, hazırda Prezident İlham Əliyevin müxtəlif sərəncamları ilə işğaldan azad olunan ərazilərdə təhsil infrastrukturunun qurulması üçün işlərə başlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol