
Qiymətləndirmə vasitələrinin işəgötürənin tələbinə uyğun hazırlanması doğru yanaşmadır -EKSPERT
08:17 03.12.2024
Elm və Təhsil
753
"Təhsildə yeni qiymətləndirmə alətlərindən istifadə etməliyik. Əgər bu baş verməyəcəksə, gənclərimizin əmək bazarında işi çətinləşəcək".
Bunu SABAH qruplarının 10 illik yubileyinə həsr olunan Tələbə-Məzun Forumu və Karyera sərgisində elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, işəgötürənlər fərqli bacarıqlar tələb edirsə, onlar da bu prosesdə iştirak etməlidirlər.
"Yaxın 10 ildə dünyanın 42 faizi əmək bazarında yeniliyə cəlb olunacaq", - deyə nazir müavini qeyd edib.
Təhsil eksperti Elnur Aydın “Sherg.az”a bildirib ki, qiymətləndirmə alətləri yalnız biliyin qiymətləndirilməsi üçün nəzərdə tutulmamalıdır:

“Qiymətləndirmə alətləri əsasən səriştələrin ölçülməsini və bacarıqların yoxlanılmasını təmin etməlidir. Zərurət yarandıqdaisə elektron qiymətləndirmə vasitələri onlayn platforma və rəqəmsal testlər formasında keçirilməlidir. Səriştələrin yoxlanılması zamanı isə üzbəüz görüşlər, bacarıqların yoxlanması və ya müsahibə formasında da olması tələb olunmalıdır. Qiymətləndirmə alətləri hazırlanarkən əsasən "Biz nəyi yoxlayırıq və necə yoxlayırıq ? " suallarına aydın və konkret cavabımız olmalıdır. Həmçinin qiymətləndirmə alətlərini hazırlayarkən əmək bazarında fəaliyyət göstərən qabaqcıl işəgötürənlərin işçiləri qarşısında qoyduğu tələb və ehtiyacları müəyyənləşdirilməlidir. Əks təqdirdə gələcəkdə əmək bazarına çıxacaq məzunlar işəgötürənlərin tələb etdiyi və ya arzu etdiyi işçilər ola bilməyəcək. Hətta bu zaman əmək bazarında işəgötürən ehtiyacı olan səriştəli işçi tapmaqda problemlar yaşayacaq. İşçi olmaq istəyənlər isə iş tapmaqda çətinlik çəkəcək. Yeni qiymətləndirmə vasitələrinin işəgötürənin tələb və ehtiyaclarına uyğun hazırlanması doğru yanaşmadır. Lakin yetərli deyil. Həmçinin təhsildə məzmun və tədris proqramlar hazırlanarkən işəgötürənlərin işçisndən tələb etdiyi bilik, bacarıqlar da nəzərə alınmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu ABŞ -da Rusiyaya lobbiçilik edir - Politoloq
14:04 03.08.2026
Dünya
Meloni Ermənistanla bağlı yeni təklif verdi
13:57 03.08.2026
Dünya
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm