“Şagirdləri ayrı-ayrı peşələrə yönəltmək vacibdir” – EKSPERT
Fidan Həmişəyeva
09:05 13.09.2019
Elm və Təhsil
1047
“Azərbaycan orta məktəblərində X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır”.
Bu barədə təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, ilkin olaraq müxtəlif bölgələr əhatə olunmaqla 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq:
“Növbəti tədris ilində ilk dəfə olaraq 6 mindən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək”.
Peşə təmayül siniflərinin fəaliyyətə başlamasının vacib olduğunu deyən təhsil üzrə ekspert Nadir İsrafilov “Sherg.az”a söyləyib ki, bu addım şagirdlərin müəyyən peşəyə yönəlməsini xeyli sürətləndirəcək.
Ekspertin qənaətincə, ümumtəhsil məktəblərin vəzifəsi hərtərəfli, şəxsiyyət yönümlü vətəndaş yetişdirməkdir:
“Lakin mental dəyərləri önə çəkərək elə bir təsəvvür yaradıblar ki, orta məktəb ancaq müəyyən bilik verməlidir və bu bilik əsasında şagird gedib ali məktəblərə daxil olmalıdır. Ona görə də hazırda bilik uğrunda, sanki, yarış aparılır. Amma dünya təcrübəsi göstərir ki, bilik nə qədər vacib olsa da, təkcə biliklə kifayətlənmək olmaz.
Hazırda dünyanın ən aparıcı ölkələri peşələrə yiyələnmək sahəsində müəyyən uğurlara imza atıblar. Ona görə də peşə yönümlü məsələlər ən vacib amillərdən biridir. Bu prosesin əsası orta məktəbdən qoyulmalıdır.
Şagirdləri ayrı-ayrı peşələrə yönəltmək vacibdir. Artıq orta məktəbi bitirəndə şagird, sadəcə, bilik əldə etməklə kifayətlənməli deyil, eyni zamanda müəyyən peşə bacarıqları olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm
Şimali Kipr və Kipr liderlərinin görüş vaxtı müəyyənləşdi
16:15 07.08.2026
Gündəm
Dünyada ətin qiyməti azalıb
15:41 07.08.2026
İqtisadiyyat
Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu
15:34 07.08.2026
Hadisə
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
15:13 07.08.2026
Dünya
Tramp: İran razılaşma əldə etmək istəyir
14:28 07.08.2026
Gündəm
Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
14:24 07.08.2026
Media
Xameneinin səhhəti kəskin pisləşdi - Hər an ölə bilər
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm