“Sinifdə 30-40 şagird varsa, bu tədris uğurlu sayıla bilməz” – QINAQ!
Yusif Nəzərli
07:53 26.09.2022
Elm və Təhsil
714
“Siniflərdə 30-40 nəfər şagirddən ibarət kontingetlə təşkil edilən tədris uğurlu sayıla bilməz. Bu həm tibbi, həm də pedoqoji normativlərə ziddir”.
Bunu “Sherg.az”a açıqlamasında “AzEdu.az” saytının baş reeaktoru Elmin Nuri siniflərdə şagird sayının normadan çox olmasına münasibət bildirərkən deyib.
O bildirib ki,qaydalara əsasən bir sinif otağında 12, istisna hallarda isə 16 şagird təhsil ala bilər:
“Paytaxtın bəzi orta məktəblərində şagird sayı 22- 25 hətta,30 ola bilir. Hüquqi normativdə isə bir uşağa 2 kvadratmetr yer ayrılmalıdır. Deməli bir sinifdə 35 şagird varsa, onun ümümi ölçüsü 70 kvadratmetr olmalıdır. Bu isə gözlənilən deyil. Digər tərəfdən sıxlığa nəyin səbəb olması sualı yaranır.
Burada bir neçə amil var. Birincisi valideyinlər məsafəyə fikir vermədən övladlarını təhsilin daha yüksək aparıldığı məktəblərə göndərir. Nəticədə də Nərimanov, Xətai, Nizami, Səbail kimi rayonlarda yerləşən məktəblərdə şagird sıxlığı baş verir. İkincisi məqam isə piardır. Bu eyni ərazidə yerləşən təhsil ocaqlarına aiddir. Bəzi məktəblərdə repetitorluqla məşğul olan, yaxud insanlar tərəfindən tanınan müəllimlər özləri belə istəmədən piar yaratmış olurlar. Bununla da həmin təhsil ocağına gedən uşaqların sayı çoxalır. Digər bir təəssüfləndirici səbəb isə rus bölməsi məsələsidir”.
E.Nuri onu da əlavə edib ki, ölkəmizdə tədrisin sırf rus dilində aparıldığı 17 məktəb var:
“Bəzi tədris ocaqlarında isə rus və Azərbaycan dilləri paralel keçilir. Son zamanlarda da valideyinlər övladlarını kortəbii şəkildə rus bölməsinə yönləndirirlər. Bununla da bu bölmənin tədris olunduğu siniflərdə artım və sıxlıq yaranır. Göründüyü kimi, problemlər bir-biri ilə ziqzaqvari şəkildə əlaqəlidir. Ümumiləşdirəsi olsaq, bu gün şagird sıxlığını yaradan əsas səbəb, məktəblərdə tədrisin eyni səviyyədə keçirilməməsi amilidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial