Tarixçidən AĞIR İTTİHAM: “Himnimizi bilməyən millət vəkillərimiz var”
Fidan Həmişəyeva
12:05 10.09.2019
Elm və Təhsil
641
Uşaq bağçalarında qışa hazırlıqla bağlı vəziyyət yoxlanılacaq. Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, paytaxtda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin qurumlarında, o cümlədən Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində qışa hazırlığın, mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətinin öyrənilməsi məqsədilə icra başçısı sərəncam imzalayıb və komissiya yaradılıb.
Sərancama uyğun olaraq komissiya uşaq bağçalarına baxışlar keçirəcək, bağçaların binaları, dam örtüyü, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək.
Bəzi vaxtlarda bağçalarla bağlı müəyyən xoşagəlməz hadisələrin şahidi olmuşuq. Hətta bu barədə dəfələrlə mətbuatda davamlı informasiyalar tirajlanıb. İndi isə bağçalardakı vəziyyətin yoxlanılması ilə bağlı işlər görülür. Bəs bu yoxlamalar effektiv olacaqmı?
Sualımızı cavablandıran AVCİYA-nın seçki qərargahının rəhbəri, tarix elmi üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı “Sherg.az”a bildirib ki, Azərbaycan dövlətçiliyi üçün ən vacib məsələlərdən biri körpələrə münasibət, uşaq bağçaları və körpələr evinə xüsusi qayğının göstərilməsidir.
Onun sözlərinə görə, müəyyən yoxlama işlərinin aparılması bağçalarda işlərin müsbət dinamika inkişafına səbəb olacaq:
“Çünki uşaqlar Azərbaycanın gələcəyidir. Əvvəllər bu sahədə ciddi nöqsanlar var idi. Hətta bir müddət kütləvi şəkildə uşaq bağçalarını özəlləşdirilməsinə yol verildi. İndi isə həm özəl, həm də dövlət bağçaları var. Amma körpələr üçün fərqi yoxdur, onlar hər yerdə körpədir. Ona görə də onlara qayğı yüksək səviyyədə olmalıdır. Düşünürəm ki, mülkiyyət formasından asılı olmayaraq bütün bağçalara dövlət nəzarəti olmalıdır.
Orada uşaqlara qayğı necə göstərildiyi, yeməklərin keyfiyyətli olub-olmaması, tibbi xidmətlərin səviyyəsi, uşaqlara Azərbaycan tarixi və incəsənəti tədrisi və hansı şeirlər öyrədilməsi vacibdir. Məsələn, bir faktı qeyd edim ki, uşaq bağçalarında uşaqlara elə şeirlər öyərdilir ki, onları eşidəndə böyüklər də fəxr edirlər. Böyüklər həmin şeirləri nə televizorda, nə də radioda eşidirlər. Fikrimcə, tərbiyəçilər tərəfindən bu cür qürur duyulası şeirlərin uşaqlara öyrədilməsi televiziya və radio ilə təbliğ olunmalıdır”.
M.Zülfüqarlı qeyd edib ki, bağçalarımızın fəaliyyətindəki müsbət məqamlardan biri dövlət himnimizin uşaqlara əzbərlətdirilməsidir:
“Dövlət himnimizi bilməyən millət vəkillərimiz var. Amma bağça uşaqları tərbiyəçilərin hesabına himnimizi əzbər bilirlər. Ona görə də bağçalarımızın fəaliyyətində müsbət məqamlar var. Yoxlamaların keçirilməsi bu müsbət məqamları daha da artıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm
Şimali Kipr və Kipr liderlərinin görüş vaxtı müəyyənləşdi
16:15 07.08.2026
Gündəm
Dünyada ətin qiyməti azalıb
15:41 07.08.2026
İqtisadiyyat
Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu
15:34 07.08.2026
Hadisə
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
15:13 07.08.2026
Dünya
Tramp: İran razılaşma əldə etmək istəyir
14:28 07.08.2026
Gündəm
Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
14:24 07.08.2026
Media
Xameneinin səhhəti kəskin pisləşdi - Hər an ölə bilər
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm