Təhsil Nazirliyi yanında İctimai Şuradan əhaliyə MÜRACİƏT
14:59 11.03.2020
Elm və Təhsil
678
Təhsil Nazirliyi yanında İctimai Şuranın ölkədə təhsil, təlim-tərbiyə prosesinin müvəqqəti dayandırılması ilə bağlı təhsil prosesi iştirakçılarına müraciət edib.
Lent.az xəbər verir ki, müraciətdə aktual olan koronavirus təhlükəsizliyi məəsləsinə toxunulub: "Ölkəmizdə “COVİD-19” koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təhsil sahəsində qəbul edilmiş qərarla bağlı KİV-lərdə, sosial mediada heç bir obyektiv əsasa söykənməyən və insanlar arasında çaşqınlıq yaradan dezinformasiya xarakterli məlumatların yayılması hallarına yol verilir. Yaranmış vəziyyətlə əlaqədar olaraq İctimai Şura məsələni müzakirə edib və bununla bağlı bəzi məqamları vətəndaşların diqqətinə çatdırmağı zəruri hesab edib.
İctimai Şura təhsil prosesi iştirakçılarının sağlamlıqlarının daha önəmli olduğunu əsas götürərək təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar təlim-tədris prosesində yaranmış fasilənin cari ilin mart ayının 27-dək təxirə salınmasını mövcud duruma adekvat qərar kimi qiymətləndirir.
İctimai Şura təhsil ictimaiyyətini hazırkı vəziyyətdə çaşqınlıq yaratmağa, əhalini gərgin psixoloji duruma gətirib çıxaran qeyri-peşəkar yanaşmalara və qeyri-rəsmi məlumatlara inanmamağa, onları yaymamağa, yalnız Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin, digər aidiyyəti dövlət orqanlarının və qurumların yaydığı rəsmi məlumatlara istinad etməyə çağırır.
Təhsil müəssisələrinin müvəqqəti olaraq bağlanması ilə təlim-tədris prosesində yaranmış geriliyin aradan qaldırılması üçün Təhsil Nazirliyinin müvafiq ehtiyat variantları mövcuddur və bunun bir nümunəsi olaraq 2020-ci il martın 10-dan başlayaraq “Mədəniyyət” kanalında tele-dərslərə start verilib”.
Müraciətdə deyilib ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən son məlumata görə, ölkəmizdə vəziyyət ciddi nəzarətdədir və aidiyyətı qurumlar virus təhlükəsinin genişlənməməsi üçün bütün zəruri tədbirləri həyata keçirirlər. Buna baxmayaraq, İctimai Şura valideynləri yaranmış vəziyyətlə bağlı daha məsuliyyətli olmağa, uşaqlarına daha çox zaman ayırmağa, onları insanların çox olduğu kütləvi yerlərə buraxmamağa, şəxsi gigiyena qaydalarına ciddi əməl etmələrinə çağırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil