“Yüksək balla qəbul olunanların çoxu müəllim ixtisasını seçir” - Ümidverici dönüş
Fidan Həmişəyeva
10:26 11.09.2019
Elm və Təhsil
1068
Azərbaycanda son 5 ildə işə qəbul olan gənc müəllimlərin sayı açıqlanıb. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər artıb.
Onun sözlərinə görə, müraciət edənlərin sayı 55 mini ötüb:
"Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub".
Təhsil naziri qeyd edib ki, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib:
"500-dən çox bal toplayan hər 4 abituriyentdən birinin elektron ərizəsində yazdığı ilk ixtisas müəllimlik olub. Bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir".
Təhsil üzrə ekspert Elşən Ramizoğlu da “Sherg.az”a açıqlamasında qeyd edib ki, ötən illərlə müqayisədə həqiqətən də son illər müəllim peşəsinə tələb artıb:
“İllər əvvəl müəllim olmaq istəyən çox az idi.Ancaq bu gün nəinki müəllim olmaq istəyənlər çoxalıb, hətta böyük bir rəqabət mühiti yaranıb. Son illər cənab Prezidentin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində gənc müəllimlərin həvəslənməsinə dair müəyyən işlər görülüb.
Bu gənc müəllimlər üçün bir stimul oldu. 20 km- dən az olan məsəfadə əlavə olaraq 60 manat, 20 km-dən çox olan məsafədə 160 manat kommunal ödənişlər üçün əlavə vəsait ayrılır.
Müəllim 5 il müddətində, 35 yaşa qədər həvəsləndirici tədbirlərdən istifadə edə bilir. Bu il müəllimlərin işə qəbulunda 55 min nəfər qeydiyyatdan keçib. Bu çox böyük rəqəmdir. Son illər ali məktəblərə yüksək balla qəbul olunanların çoxu müəllim ixtisasını seçir və bu da müəllimlik peşəsinə və müəllimlərə verilən dəyərin göstəricisidir”.
Ekspert qeyd edib ki, işə qəbul olan gənc müəllimlər həmin məktəblərə yeni nəfəs getirəcək:
“O məktəblərdə köklu dəyişiklik hiss olunacaq. Gənc müəllim enerjili olur, şagirdi daha çox öyrətməyə çalışır, həvəsli olur. Gənc müəllimlərin öz üzərində işləməsi və ideyalarını həyata keçirməsi üçün Təhsil Nazirliyi qrant layihələr həyata keçirir. Müəllim bəzən öz ideyasını həyata keçirmək istəyir, ancaq maddi vəsait buna yetmir.
Müəllimlər Təhsil Nazirliyinin qrant layihəsində iştirak edərək, ekspertler tərəfindən müsbət sayılan layihələri həyata keçirmək üçün müəyyən qədər vəsait alırlar.
Ötən zamanlarda bəzi direktorlar gənc müəllimləri qəbul edə bilmirdilər, müəyyən problemlər yaranırdı. Artıq bu problemlərin də həll olunub. Hətta bir çox direktor gənc müəllimləri həvəslə gözləyir”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm
Şimali Kipr və Kipr liderlərinin görüş vaxtı müəyyənləşdi
16:15 07.08.2026
Gündəm
Dünyada ətin qiyməti azalıb
15:41 07.08.2026
İqtisadiyyat
Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu
15:34 07.08.2026
Hadisə
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
15:13 07.08.2026
Dünya
Tramp: İran razılaşma əldə etmək istəyir
14:28 07.08.2026
Gündəm
Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
14:24 07.08.2026
Media
Xameneinin səhhəti kəskin pisləşdi - Hər an ölə bilər
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm