27 dəqiqədə 50 min sifariş: “Xiaomi” satışa başladı

 “Xiaomi” şirkəti elektromobillərin ilk satışını təşkil edib. “Xiaomi”nin qurucusu və baş direktoru Lei Tsun bildirib ki, ilk satışların zərərlə qarşılanacağını bilir. Lakin şirkət 27 dəqiqə ərzində 50 min sifariş alıb. Elektromobilin standart versiyasının qiyməti 215,900 yuan - 29,900 ABŞ dollarıdır. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, bu qiymət elektromobilin həqiqi dəyərindən xeyli aşağıdır, lakin şirkət zərəri qarşılayacağına əmindir. Çünki sifarişlər həddindən artıq çoxdur. “Xiaomi”nin elektromobilləri 3 fərqli modeldədir. Başlanğıc model 29.900 dollar, “SU7 Pro” 34.000 dollar, “SU7 Max” isə 41.500 dollara satışa çıxarılıb. Şirkətin açıqlamasında qeyd edilir ki, satışın başladığı ilk 4 dəqiqədə 10 min sifariş alınıb,  27 dəqiqədə isə sifarişlərin sayı 50 minə çatıb. Aprel ayının sonlarından etibarən elektromobillərin ilk partiyasının istehsalı başa çatacaq. Avtomobil fabriki hər 76 saniyədə bir elektromobil istehsal edəcək. Ən müasir model olan “Xiaomi SU7 Max” qoşa motora və 673 hp güc, 838 Nm tork-a sahibdir.