
Akopyan yalan danışır: Zəngəzur dəhlizinin niyə ləngiməsi hər kəsə məlumdur -Politoloq
13:29 14.01.2025
Aktual
565
Rusiya-Ukrayna müharibəsində ən çox zərər çəkən tərəf məhz Avropadır. Bu sözləri erməni politoloq Vigen Akopyan yerli mediaya açıqlamasında deyib. O bildirib ki, Azərbaycanla hazırkı vəziyyət fonunda İrəvan AB-yə qoşulma prosesindən danışırsa, deməli, Ermənistan Rusiyanı de-yure üzərinə götürdüyü bütün öhdəliklərdən tamamilə azad edir. Həmçinin qeyd edib ki, Avropanın təhlükəsizliyimizin qarantı olacağı ilə bağlı səsləndirilən fikirlər isə ya çılğınlıqdır, ya da gözlənilən müharibə öncəsi ölkəni zəiflətmək üçün düşünülmüş addımdır. Bu, o deməkdir ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazinin təhvil verilməsi ilə bağlı hansısa ayrıca razılaşma var.
Politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, bu açıqlama rusyönümlü və Ermənistan hökümətinə qarşı olan siyasətşünasların növbəti qarayaxmasıdır:

“Ermənistan 2022-2023-cü ildən bəri öz təhlükəsizlik sistemini Rusiya ilə qurmur. Əgər belə olsaydı, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı iştirakını dondurmazdı. Paralel olaraq Ermənistan tərindən Rusiyaya alternativlər axtarılmazdı. Demək ki, Ermənistan Rusiyadan umduğunu ala bilməyib. Məhz İrəvan bunu əsas gətirərək yeni təhlükəsizlik zəmanətləri kontekstində hələ də axtarışdadır. Həmin proses ordunun silahlandırılması və yenidən qurulmasında da açıq şəkildə özünü göstərir. Yəni Ermənistanın bu gün silah aldığı dövlətlər arasında bəlkə də siyahıda Rusiya ən sonda gəlir. Ona görə də Ermənistanın Rusiyanı de-yure üzərinə götürdüyü öhdəliklərdən azad etməsi doğru deyil. Hazırda Ermənistanın Rusiyadan təhlükəsizliklə bağlı gözləntisi yoxdur. Zəngəzur dəhlizi ilə ayrıca bir anlaşmanın olduğunu Akopyandan başqa heç kəs görməyib. Belə bir anlaşma varsa, niyə Akopyan onun nədən ibarət olduğunu və təfərrüatını açıqlamır? Digər tərəfdən artıq Azərbaycan Ağbəndə qədər avtomobil və dəmir yolu xəttini bitirmək üzrədir. Bütün kommunikasiyaların açılması kontekstində Zəngəzur dəhlizinin açılması şərtdir. Lakin Ermənistanda hansısa avtomobil və dəmir yolunun inşaası ilə bağlı əməli fəaliyyət mövcud deyil. Nikol Paşinyan ötən günlərdə açıq şəkildə bəyan etdi ki, biz rəsmi Bakıya Naxçıvanı Azərbaycanla birləşdirəcək yolla bağlı konkret təkliflər vermişik. Həmçinin o, söyləmişdi ki, həmin təkliflər razılaşdırılsa, anlaşma imzalayaraq dərhal infrastrukturun yaradılmasına başlaya bilərik. Bu faktın özü də göstərir ki, ortada ciddi bir hüquqi əsas yoxdur. Ona görə də hansısa ayrıca bir anlaşmadan danışmaq yersizdir. Zəngəzur dəhlizinin niyə ləngiməsi hər kəsə məlumdur. Rusiya və Ermənistan arasında həmin ərazilərə kimin nəzarət etməsi ilə bağlı problemlər mövcuddur”.
Oxşar xəbərlər
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
14:22 30.08.2026
Azərbaycanda da magistral yolların üzərindən “heyvan körpüləri” salınmalıdır - EKSPERT
11:08 29.08.2026
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı