
Sinəsindən 3 kiloqramlıq şiş çıxarıldı
12:33 09.10.2025
Sağlamlıq
395
Nəfəs darlığı şikayəti ilə xəstəxanaya getdi
Türkiyənin Sivas şəhərində nəfəs darlığı və döş qəfəsində ağrı şikayəti ilə xəstəxanaya müraciət edən xəstənin sağ döş qəfəsində təxminən 3 kiloqram ağırlığında şiş aşkarlanıb.
Sivas Cümhuriyyət Universitetində həyata keçirilən uğurlu əməliyyat nəticəsində nadir rast gəlinən “soliter fibroz şiş” tamamilə çıxarılıb.
Sherg.az xəbər verir ki, Sivasın Gürün rayonunda yaşayan 55 yaşlı xəstə bir müddətdir davam edən nəfəs darlığı və döş ağrısı şikayətləri ilə xəstəxanaya müraciət edib.
Aparılan müayinələr zamanı xəstənin sağ döş qəfəsində təxminən 3 kiloqramlıq şişin olduğu müəyyən edilib.
Şişin həm ağciyərə, həm də ürəyə təzyiq etdiyi aşkarlanıb. Sivas Cümhuriyyət Universiteti Tibb Fakültəsinin Döş Cərrahiyyəsi kafedrasında çalışan müəllim Dr.Mahmud Özbey və onun komandası tərəfindən həyata keçirilən əməliyyatla şiş tamamilə çıxarılıb.

Əvvəlki biopsiya nəticəsində törəmənin “soliter fibroz şiş” olduğu müəyyən edilib. Bildirilib ki, bu tip şişlər adətən xoşxassəli olur, lakin böyük ölçülərə çatdıqda həyati orqanlara təzyiq göstərərək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Əməliyyatdan sonra açıqlama verən Dr. Özbey deyib:
“Bu böyüklükdə bir şişi ilk dəfə çıxardıq. Klinikamız bu cür nadir halları uğurla müalicə edə biləcək təchizata malikdir. Təxminən 10 ay əvvəl oxşar onkoloji əməliyyatlara başladıq və uğurlu nəticələr əldə edirik.”
Əməliyyatdan sonra xəstənin ümumi vəziyyətinin yaxşı olduğu, yaxın günlərdə evə buraxılmasının planlaşdırıldığı bildirilib. Qeyd edilib ki, bu cür şişlər tam çıxarıldıqda sağalma prosesi adətən müsbət nəticə verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə