Mütəxəssis: Texnologiyanın inkişafı ilə kiber məkanda olan cinayətkarların sayını dəfələrlə artırıb
12:47 05.12.2024
Texnologiya
920
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti daxil olan kiber insidentin araşdırılması zamanı 135 ölkədə faəliyyəti olan kiberqruplaşmanın izinə düşüb.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Belə ki, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilməklə zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib.
Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumillikdə 135 ölkədə 270741 kompüteri yoluxdurduğu aşkar edilib. Sözügedən hədəflərin 7790-ı Azərbaycana məxsus kompüterlər olub. Ölkə üzrə qeydə alınan yoluxanların 35-i müxtəlif dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlər olub. İnformasiya təhlükəsizliyinin təmini məqdəsilə Xidmət tərəfindən dövlət qurumlarında müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirməklə yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilib. Hədəflərdən 93 676-ı Türkiyəyə aid kompüterlər olub.
Bunula yanaşı, Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sözügedən yoluxdurulan kompüterlər barədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirməsinə nail olmuşdur.
Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi informasiya təhlükəsizliyinin təminatı üçün dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antivurslardan istifadə etməyi tövsiyə edir.
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov “Sherg.az”a bildirib ki, müstəqillik qazanan və Azərbaycanda texnologiyaların tətbiqinə başlayan gündən indiyədək bizdə kibertəhlükəsizlik mədəniyyəti çox aşağıdır:
“Yəni bu, ənənəvi olaraq davam etməkdədir və məsələ düzəlmir. İri qurumlarda, korporativ sektorda, bu istiqamətdə böyük işlər görülür. Onlar öz məlumatlarını müxtəlif təhlükələrdən, qorumaq üçün müəyyən proqram təminatından istifadə edirlər. Fərdlər arasında və orta və kiçik biznes bundan istifadə etmir, ya da hər hansı pulsuz versiyalardan istifadə olunur. Yəni bu istiqamətdə iş mədəniyyəti bizdə hələ də çox aşağı səviyyədədir. Ona görə də müxtəlif vaxtlarda davamlı olaraq, təhlükələrə məruz qalırıq. Bu isə bizim müəyyən qədər fəaliyyətimizə təsir edir. Problem ondadır ki, texnologiyanın inkişafı birbaşa olaraq kiber məkanda, yəni ki, onlayn virtual məkanda olan cinayətlərin və cinayətkarların sayını dəfələrlə artırıb. Artıq küçədə sumkanı götürüb qaçan cinayətkar yoxdur. Amma virtual məkanda bank kartının məlumatlarını götürüb, həmin bank kartından pulları oğurlayan cinayətkarların sayı artmaqdadır. Əgər son iki ildə olan mətbuat məlumatlarını oxusaq, görəcəyik ki, daha çox kiber dələduzlar, cinayətkarlar haqqında məlumatlar yazılır, küçədə soyğunçuluqla məşğul olanlar yoxdur. Bu çox aktual məsələyə çevrilib. İnnovasiyalarda scaling (miqyaslaşma) termini var. Əgər cinayətkar, gündə bir evə girib oğurluq edə bilirsə, kiber cinayətkar öz fəaliyyətini miqyaslaşdıra bilir. Eyni zamanda, yüzlərlə, minlərlə kompüterə təcavüz edir, ordakı məlumatlara oğurlaya və bu məlumatları öz məqsədləri üçün istifadə edir. Yəni bu, yeni bir məkan, yeni bir reallıqdır. Bu reallığı biz başa düşməliyik. Hər birimiz öz məlumatlarımızın qorunması istiqamətində addımlar atmalıyıq. İlk öncə bəsid formada olaraq etibar etdiyimiz saytlardan istifadə etmək, tanımadığımız elektron poçtlardan gələn linkləri və faylları açmamaq lazımdır. Bu bəsit bir qaydalardır və onlara bizlər əməl etmirik. Cinayətkarlar da hər dəfə daha da hiyləgərləşir. İkinci məsələ isə müəyyən elektron daşıyıcılarda müxtəlif proqram təminatlarının istifadəsi məsələsidir. Əgər bizim telefonlarda Android və İOS lisenziyalı telefonlarda olan baza təhlükəsizliyin qorunması istiqamətində müəyyən proqram təminatı var. Amma kompüterlərdə lisenziyalı olmayan əməliyyat sistemindən istifadə edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi