
Saxta zənglər kabusa çevrilib: Kartınız "bloklanacaq” deyənlərə aldanmayın
10:11 30.05.2025
Texnologiya
483
Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.
Mayın 29-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2250, 1200, 1145, 350, 170, 155, 80, 58, 50, 25 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, bu cür hallar bir neçə ciddi riski gündəmə gətirir və istifadəçilərin bu zəngləri necə tanıya biləcəyi, texniki boşluqların hansı səbəblərdən yarandığı barədə məlumatlı olması vacibdir:

“İlk növbədə vətəndaş bilməlidir ki, heç bir bank və ya rəsmi qurum telefonla CVV/CVC kodu, SMS-lə gələn OTP şifrəsi və ya kartın digər detalları ilə maraqlanmır. Əgər zəng edən şəxs bu tip məlumatları istəyirsə, dərhal əlaqəni kəsmək və məsələni bankın rəsmi qaynar xəttinə bildirmək lazımdır. Lakin bu cür fırıldaq zəngləri ayırd etmə yollarınıda bilməkdə fayda vardır. Belə ki, əgər xarici nömrə ilə zəng edilibsə və siz bu nömrəni tanımırsınızsa, ehtiyatlı olmaq lazımdır. Əgər zəng edən şəxs sizə təzyiq göstərir, tələsdirir və "kartınız bloklanacaq", "pul çıxılır" kimi panikaya salan sözlər işlədirsə, başa düşmək olar ki, bu fırıldaqçılıq əlamətidir. Ümumiyyətcə mobil şəbəkə operatorlarımız bəzi filtrləmə və bloklama sistemləri tətbiq etsə də, bu sahədə beynəlxalq təhlükəsizlik standartlarına tam uyğunluq üçün texniki baxımdan daha güclü analiz mexanizmlərinin tətbiqi də vacibdir. Qlobal miqyasda “spoofing” adlanan üsullarla nömrələr saxtalaşdırıla bilir. Buna görə də texnoloji müdafiə ilə yanaşı, istifadəçi ayıqlığı da çox vacibdir. Kart məlumatlarının sızması isə çox vaxt vətəndaşın bilmədən saxta linkə daxil olması, etibarsız sayt və tətbiqlərə məlumat yazması və ya ictimai Wi-Fi üzərindən təhlükəsizsiz giriş etməsi nəticəsində baş verir. Nəticə olaraq vətəndaşlar hər zəngə inanmamalı, kart məlumatlarını heç kimlə paylaşmamalı və belə hallarda dərhal bankla və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı