Saxta siyasi mühacirlər: Əməlləri üzə çıxır, deportasiya olunurlar - AKTUAL

“Heç bir iş qabiliyyətləri, dil bilgiləri olmayan bəzi şəxslər “siyasi mühacir” statusu almaq istəyirlər. Ancaq müəyyən kriteriyalara cavab vermədikləri üçün qara yollara əl atmaq məcburiyyətində qalırlar”.  Bunu Sherg.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib. 

YAP rəsmisinin sözlərinə görə, həmin şəxslər əsasən müxalifət partiyalarının nümayəndələri ilə əlbir olaraq saxta sənədlər hazırlayırlar: 

“Şübhə yoxdur ki, saxta “siyasi mühacir”lər hazırlayan radikal müxalifətin əsas məqsədi maddi qazanc əldə etməkdir. Onlar bir növ “mühacir biznesi” ilə məşğul olurlar. Görün, nə günə qalıblar ki, qeyri-qanuni yollarla pul qazanırlar. İnsanları yoldan çıxararaq, mafiya formasında fəaliyyət göstərirlər. Bu cür əməllərə əl atan müxalifətin Azərbaycan sevgisinə inanmaq olmaz. Onların yeganə məqsədi maddi maraqlarını təmin etməkdir. Fərqi yoxdur, istər Avropadan qrant kimi gəlsin, istərsə də qeyri-qanuni yollarla əldə edilsin, əsas məsələ daha çox gəlir əldə etməkdir. Bütün sistem maliyyə üzərində qurulmuş fırıldaqlığa əsaslanır. Radikal müxalifət xaricə göndərmək üçün bəzi adamları “partiya üzvləri” və ya “jurnalist” kimi təqdim edirlər. Onları mitinqə göndərərək təxribat törətməklərini istəyirlər. Bütün bunlar da saxta siyasi status almağa hesablanıb”.  



Seymur Orucov: "Radikal müxalifət xaricə göndərmək üçün bəzi adamları “partiya üzvləri” və ya “jurnalist” kimi təqdim edirlər"


S.Orucovun sözlərinə görə, onları bir müddət Avropa ölkələrində saxlamaq mümkün olur. Amma qısa zaman sonra sənədlərinin saxta olduğu xarici ölkələrin hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır: 

“Aydın olur ki, bu cür adamların həqiqi siyasi mühacirlərlə heç bir əlaqəsi yoxdur. Ona görə də ölkədən deportasiya edirlər. Əslində, müxalifətlə əlaqəsi olmayan həmin şəxslər radikal müxalifətin qurbanlarına çevrilirlər. Üzümü həmin aldanmış şəxslərə tutub deyirəm ki, radikal müxalifətin oyunlarına aldanmasınlar. Məsələ ondadır ki, bu cür olaylar dövlətimizin xarici siyasətinə və imicinə də mənfi təsir göstərir. Gördüyünüz kimi harada radikal müxalifətin barmağı varsa, orada saxtakarlıq, qanunsuzluq və dövlətimizə ziyan var”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu