Londonda insanlara qılıncla hücum edilib, xəsarət alanlar var

İngiltərədə Londonun şərqində qılıncla silahlanmış şəxs insanlara hücum edib.
APA “Associated Press“ə istinadən xəbər verir ki, nəticədə 5 nəfər xəsarət alıb.
Polislərin də xəsarət aldıqları qeyd olunub.

Hücum edən 36 yaşlı kişi hadisə yerində saxlanılıb.