Qəzzada soyqırım davam edir: 34 min 535 ölü

Qəzzada ölənlərin sayı 34 min 535-ə, yaralıların sayı isə 77 min 704-ə yüksəlib.
Bakupost.az xəbər verir ki, İsrail oktyabrın 7-də Qəzza zolağına başladığı hücumlarını davam etdirir.
İsrailin bombardmanları bölgədəki dinc sakinləri hədəf alarkən, əksəriyyəti uşaq və qadınlar olmaqla minlərlə fələstinli ölür.
Fələstin Səhiyyə Nazirliyi bölgədəki son vəziyyəti paylaşıb.
Nazirlikdən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 5 hücumda 47 fələstinlinin həyatını itirdiyi, 61 fələstinlinin isə yaralandığı bildirilib.
Açıqlamada, həmçinin 207 gündür davam edən hücumlar səbəbilə can itkisinin 34 min 535-ə, yaralı sayının isə 77 min 704-ə yüksəldiyi bildirilib.