Oktay Gülalıyevin beyin funksiyalarında itkilər var: Hələ də komadadır

“Hər gün Oktay Gülalıyevin səhhəti ilə bağlı məlumat əldə edirəm. Hələlik səhhətində müsbət sayıla biləcək bir dinamika yoxdur”.

Bu sözləri Sherg.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Professorun sözlərinə görə, O.Gülalıyevin müalicəsi hələ davam edir:

“Oqtay bəyin səhhəti xeyli narahatdır. Onunla məşğul olan həkimi də şəxsən tanıyıram. Beynin itkiləri çoxdur, həmçinin beynin funksiyalarında da itkilər var. Əməliyyatdan sonrakı tomoqrafik göstəricilərdə qeyd olundu ki, beyində böyük bir ixemiya sahəsi var. Bu ixemiya sahəsi də beynin mühüm mərkəzlərini əhatə edir. Məsələn, danışma, nitq, başa düşmə və.s. Ona görə də bu funksiyaların nə dərəcədə bərpa olunması sual altındadır. Koma durumu hələ davam edir”.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini, hüquq müdafiəçisi Oktay Gülalıyev vurulub. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu