Qızıdırma ölümə səbəb olur: Temperaturun nədən qalxdığı dəqiqləşdirilməlidir
Fidan Həmişəyeva
09:03 15.01.2020
Cəmiyyət
2439
Balakən rayonunda azyaşlı oğlan vəfat edib. Balakən şəhər sakini, Tural Mahatovun 10 yaşlı oğlu Turan qəfil ölüb. Belə ki, azyaşlının qızdırması yüksəlib və tibbi müdaxilə nəticəsiz olub.
Azyaşlının ölümü ilə bağlı fikrilərini Sherg.az-la bölüşən tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı bildirib ki, qızdırma zamanı ölüm hallarının baş verməsi mümkündür. Lakin bu qızdırmanın hansı səbəbdən yarandığını dəqiqləşdirmək lazımdır.
Həkimin sözlərinə görə, ola bilsin ki, dünyasını dəyişən azyaşlı qıcolma keçirib, qızdırma nəticəsində vəfat edib:
“Qızdırmanın kəskinləşməsi virus infeksiyası, yuxarı və aşağı tənəffüs yollarındakı problemlər zamanı da baş verir. Həmçinin ürək problemi olan uşağın da qızdırma nəticəsində dünyasını dəyişməsi baş verə bilər. Ümumiyyətlə, bu hadisənin yaşanma səbəbləri çoxdur. Yəqin bir neçə gündür ki, uşağın qızdırması olub və valideynləri əhəmiyyət verməyiblər. Müalicə götürmədən və həkimə müraciət etmədən azyaşlını taleyin ümidinə buraxıblar. Beləliklə hadisə bədbəxt sonluqla nəticələnib. Ana bilməlidir ki, uşağın hansı problemi var. Amma çox güman ki, qızdırmadan dünyasını dəyişməsinin səbəbi qıcolmadır. Çünki adətən epilepsiyadan əziyyət çəkən uşaqlarda qızdırma qalxan zaman təhlükələr baş verir. Qızdırma qalxan zaman belə uşaqlarda qıcolma sindromu, boğulmalar, dil qatlanması olur. Belə olan halda ölüm temperaturdan yox, temperaturun yaratdığı fəsaddan baş verir. Həmçinin daxili təzyiqlə doğulan uşaqlar da yüksək hərarət zamanı problemlə üzləşə bilirlər. Amma dəqiq məlumat vermək mümkün deyil, ona görə də araşdırma aparılmalıdır”.
Ş.Namazlı qeyd edib ki, bəzən valideynlərdə, xüsusilə rayon yerində yaşayanlarda məsuliyyətsizlik olur:
“Bəlkə də uşağın ürəyində olan problem və ya tənəffüs sistemindəki vəziyyət ölümə səbəb olub. İlk növbədə məsuliyyət validyenin üzərinə düşür. Eyni zamanda məktəblər də belə hallara ciddi yanaşmalıdırlar. Çünki qızdırması olan uşaqlar məktəbdəki tibb işçisi tərəfindən yoxlanmalıdır. Qarşılıqlı olaraq məsuliyyət hər iki tərəfə aiddir. Bəzən hadisə baş verəndən sonra əl-ayağa düşürlər. Sadaladığımız problemlər olursa, bu zaman vəziyyət ciddiləşər, hətta ölüm halları baş verir. Xüsusilə valideynlərin məsuliyyətli olmasında yarar var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demet Akalına toxunan şəxsə şillə!
07:17 19.09.2026
Şou
Araqdan beyində degenerasiya baş verir
06:42 19.09.2026
Sağlamlıq
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət