"Ermənilər Xocalıdakı qətlləri xəbər verib, törətmişdilər?!” – Ritorik yanaşma

“Onların etdikləri hüquq və azadlığa, ümumiyyətlə insanlığa uyğun idimi?!

“Bayrağımızı təhqir edən bir ermənin ölümü bəzilərini niyə narahat edir?!”



"Ramil Səfərovun azadlıqda olması, xalqın qeyrətli bir övladı kimi böyük sevgi görməsi yenə bəlli dairələri narahat edib". 
Bu barədə "Sherg.az"a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin rəhbəri rəhbəri Fərid Şahbazlı deyib. 
Gənc fəal bildirib ki, Ramil Səfərovun bayrağımızı təhqir edən erməni dığasını öldürməsi absurd yanaşmalarla tənqid olunur: 

"Bayrağı, milləti, şəxsiyyəti təhqir olunan Ramil Səfərov nə etməli idi? Üçüncü ölkədə, hərbi rejimli bir məkanda o ağır təhqirin yaratdığı hiddətin, emosionallığın təsiri altında gedib ermənini sakitcə oyadıb, əlinə də bir silah verib döyüşə çağırmalıydımı?! Bu nə məntiqsiz, reallıqdan uzaq yanaşmadır?! Qeyrətli bir Azərbaycan oğlu, doğmalarını Qarabağda itirmiş bir 
Azərbaycan zabiti o təhqirlərə dözməyərək, həmin situatsiya üçün nə lazımdırsa onu edib. Bütün karyerasını, həyatını təhlükəyə atıb. Səhvdir, düzdür, bizə ziyandır, bunların hamısı təfərrüatdır".

F.Şahbazlə haqlı olaraq sual edir ki, bir ermənin ölümü bəzilərini niyə bu qədər narahat edir?!:

"Məgər ermənilər Xocalıda insanlarımızı vəhşicəsinə qətl edərkən, qadınlarımızı zorakılığa məruz qoyarkən xəbər verərək gəlmişdilər?!
Onların etdikləri hüquq və azadlığa, ümumiyyətlə insanlığa uyğun idimi?! Erməniləri Avropa İnsan Haqları Məhkəməsinin qərarları maraqlandırırdımı? Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev qeyrətli bir Azərbaycan oğlunu, şərəfli bir zabitimizi darda qoymayaraq, böyük çətinliklər hesabına Vətənə gətirməklə xalqın arzusunu yerinə yetirdi. Yalnız bu prinspiallığına, Vətən sevgisinə görə, Cənab Prezident ən ali minnətdarlığı, xalq sevgisini haqq edib".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu