Müəllimdən dövlət rəhbərinə: “Bir daha sübut etdiniz ki, hər bir vətəndaşın yanındasınız”


Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Lənkəran rayonunun Günəhir kəndindən müəllim Mirzəhüseyn Miriyevin dövlət başçısına məktubunda deyilir:

 “Hörmətli cənab Prezident, Sizin uzaqgörən, müdrik siyasətinizin, vaxtında verilən sərəncamlarınızın nəticəsi olaraq, ölkəmiz COVID-19 virusundan ən az itki ilə qurtulmaqdadır. Bu gözəgörünməz virusla mübarizədə vətəndaşların məlum qərarlarınızla dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatələnməsi, kasıb, imkansız, əlil və aztəminatlı ailələrə edilən maddi və mənəvi dəstək bir daha sübut edir ki, Siz hər bir Azərbaycan vətəndaşının yanındasınız. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciəti və eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən aztəminatlı, kasıb ailələrə, əlillərə edilən yardımlar xalqını sevən, onun sağlamlığını hər şeydən üstün tutan rəhbərimizlə fəxr etməyimizə haqq qazandırır. Azərbaycanda qısa müddətdə bu gözəgörünməz düşmənlə mübarizə üçün tikilən klinika və modul tipli xəstəxanalar, innovativ sənaye əsasında yaradılmış tibbi resurslar, o cümlədən tibbi maska və tibbi geyimlər istehsal edən müəssisələrin işə başlaması Sizin uzaqgörən siyasətinizin nəticəsidir. COVID-19 pandemiyası dövründə xalqın sağlamlığı, sosial rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Bu bəlaya az itki ilə qalib gəlməyiniz üçün Allahdan Sizə güc, qüvvət arzu edirəm. Qətiyyətli qərarlarınızla bir daha sübut etdiniz ki, hər bir vətəndaşın yanındasınız. Sizə və ailənizə Allahdan cansağlığı, uzun ömür və xoşbəxtlik arzu edirəm”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu