“Ölkəmizdə virusla mübarizədə tədbirlər görülməkdədir”

“Sosial məsafəni gözləmək, maskadan istifadə etmək, simptomla qarşılaşanda testdən keçmək lazımdır”

“Çünki xəstəliyin erkən aşkarlanması müalicə dövründə xəstəliyin ağırlaşmasına mane olur”


Dövlətimiz pandemiya ilə mübarizədə ardıcıl tədbirləri davam etdirir. Əhalinin sağlamlığının qorunması üçün bütün üsullardan istifadə olunub. Xəstəliyin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi mühüm faktdır.

Bu baxımdan Prezident İlham Əliyev əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Hər birimizin ən başçlıca vəzifəsi virusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Bəzi vətəndaşların mövcud təhlükəni aydın təsəvvür edə bilməməsi, özünün və ailəsinin sağlamlığına laqeyd münasibətini görürük. Bu, yolverilməz haldır.

“Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyinin sədri Lamiyə Kərimova “Sherg.az”a bildirib ki, ölkəmizdə virusla mübarizədə mühüm tədbirlər görülməkdədir. Onun sözlərinə görə, cənab Prezident də hər dəfə çıxışlarında vətəndaşları məsuliyyətli olmağa çağırır.

L.Kərimova qeyd edib ki, əvvəlki aylarda koronavirusla bağlı vəziyyət o qədər də ürəkaçan deyildi:

“Amma zamanında müvafiq tədbirlər görüldü, lazım olan bütün tibbi avadanlıqlar alındı. Bundan sonra ölkəmizdə karantinlə bağlı müəyyən yumşaldılmaya gedildi.

Bu işdə medianın rolunu da xüsusi vurğulamaq lazımdır. Mətbuatda yoluxma ilə bağlı pis nəticələri oxuyan vətəndaşlar istər-istəməz məsuliyyətli olmağa başlayırlar”. 

Birlik sədrinin sözlərinə görə, yalnız təhlükəni gördükdə deyil, adi zamanlarda da diqqətli olmaq lazımdır:

“Sosial məsafəni gözləmək, maskadan istifadə etmək, hansısa simptomla qarşılaşanda testlərdən keçmək lazımdır. Çünki xəstəliyin erkən aşkarlanması müalicə dövründə xəstəliyin ağırlaşmasına mane olur ”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu