“Barselona” Lionel Messi ilə danışıqlara başladı

“Barselona” rəhbərliyi Lionel Messi ilə müqaviləni uzatmaq məqsədilə danışıqlara başlayıb.

Bu barədə İspaniyanın idman dərgisi “Marca” yazıb.

Məlumatı “Barselona”nın direktoru Erik Abidal verib.

Qeyd edək ki, hücumçunun müqaviləsi 2021-ci ilin yayına qədər olsa da, bir sıra şərtlərə əsasən, Messi klubu 2020-ci ilin yay aylarında tərk etmək hüququna malikdir.