Elçibəyin oğlu ikinci dəfə nişanlandı – Bu il toy olacaq


 Mirmöhsün Mahmudov: “Ərturqut elə öz kəndimizdən- Kələkidən olan bir xanımla nişanlandı”

Azərbaycanın sabiq prezidenti Əbülfəz Əliyevin oğlu Ərturqut Əliyevin nişanı qayıdıb.

Bu barədə “Sherg.az”a Ə.Elçibəyin qayını Mirmöhsün Mahmudov bildirib. Onun sözlərinə görə, Ərturqut Əliyev birinci nişanlısından ayrılsa da, yenidən başqa bir xanımla nişanlanıb:

“Birinci xanımla münasibətləri alınmadı. Aralarında narazılıq oldu. Əvvəlki xanımla münasibəti bərpa olunmadı. Sonradan Ərturqut elə öz kəndimizdən- Kələkidən olan bir xanımla nişanlandı.
Ötən il toy etmək istədik. Amma  anası rəhmətə getdi və toy ertələndi. Yəqin ki, 2020-ci ildə toy edərik”.