Professordan “yetim” sözünün əvəzlənməsinə MÜNASİBƏT

Nəsir Əhmədli: "Yetim" sözündə sanki bir aşağılama, yazıqlama incəliyi duyulur”


Nazirlər Kabinetinin qərarına əsasən, “yetim” sözü ilə bağlı orfoqrafiyada dəyişiklik edilib. Qərarın həm adlarında, həm də mətnlərində “yetim” sözü “valideynlərini itirmiş” sözü ilə əvəzlənib.

Əksəriyyət isə bu dəyişikliyə ehtiyac olmadığını düşünür. 

Dəyişikliyə ehtiyac olub-olmaması ilə bağlı “Sherg.az”a danışan BDU-nun professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli bildirib ki, yetimlik ata və anası vəfat etmiş uşaqlara aiddir:

“Valideynləri itirmək" isə təkcə ölümlə bağlı olmaya bilər. Boşanmalar, övladlardan imtina və s. Yəqin ki, bunu nəzərdə tutublar. 
Məsələnin etik tərəfi də var. "Yetim" sözündə sanki bir aşağılama, yazıqlama incəliyi duyulur".