"Yollara səpilən dezinfeksiyaedici məhlulların sağlamlığa ziyanı yoxdur" - Həkim

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, dezinfeksiya işləri   əvvəllər axşam saatlarında aparılırdı.

Lakin əhali arasında narazılıq yarandığından hazırda əvvəlcədən xəbərdarlıq edilməklə dezinfeksiya işləri şənbə günləri aparılır: “Xüsusi maddələr 10-15 dəqiqə ərzində əriyir. Sürücülər də bunu nəzərə almalıdırlar. Əgər avtomobillər çox sürətlə hərəkət edirsə, biz dezinfeksiya işləri ilə bağlı bunu nəzərə ala bilərik”. 

Həkim-terapevt Şahvələd Məmmədov isə hesab edir ki, dezinfeksiya işlərinin sübh zamanı, səhər saatlarında – avtomobillərin və piyadaların hərəkətinin intensiv olmadığı vaxtlarda aparmaq lazımdır: 

- Əlbəttə, dezinfeksiya işlərinin erkən saatlarda aparılması məsləhətdir. Amma görünür dezinfeksiya işlərinin aparılma zamanı texniki vasiitələrə görə təyin edilib. Axşam saatlarında görmə sahəsi darala bilir. Ona görə günorta saatları uyğun görülüb. Lakin ən yaxşısı, səhər saatlarıdır. 
Dezinfeksiyaedici məhlullara gəlincə, Ş.Məmmədov bu məhlullların insan sağlıamlığına ziyanlı olmadığını dedi: 

- Əhalinin narahatlığına əsas yoxdur. Xüsusi dezinfeksiyaedici məhlullar bildiyim qədər Türkiyə istehsalıdır və insan sağlamlığına heç bir ziyanı yoxdur. Bununla belə, dezinfeksiya işləri aparıldıqda vətəndaşlar xəbərdar edilməlidir. Xüsusi texniki vasitələr xəbərdarlıq siqnalı verməli, yolda, küçədə piyadalar varsa, onların təhlükəsiz yerə keçməsini gözləməlidirlər. Avtomiobillər, avtobuslar pəncərələri mütləq bağlı saxlamalıdır ki, məhlul salona dolmasın. Bütün lazımi tədbirlər görülür, təkcə qalır, əahlinin qaydalara riayət etməsi, bu sahədə isə vəziyyət ürəkaçan deyil. İnsanlarılmızın qoruyucu maskalardan istifadə etməməsi yoluxma risqini artırır. İş başında olan həkim kimi deyirəm, bu, çox təhlükəlidir.