“Yeni dərs ili nə vaxt başlanacaq və hansı yeniliklər olacaq ? – Açıqlama

"Yeni təhsil ilində siniflərdə şagirdlərimizlə görüşmək ümidi ilə yaşayırıq"



“COVİD-19” pandemyasının təsiri ilə ölkə ərazisində natamam təhsil ilini başa vurduq. Bu ilin mart ayından etibarən bütün təhsil müəssisələri kimi orta məktəblər də tədris prosesini dayandırıb, onlayn təhsilə başladı. Lakin texnologiya və internet problemi onlayn təhsildə məsələni həll etmədi. Hazırda şagirdləri, valideynləri və müəllimləri yeni tədris ilinin necə olacağı düşündürür? 

Maraqlıdır, hazırda yeni tədris ili ilə bağlı hansı tədbirlər, layihələr düşünülür? Məsələ ilə bağlı hansısa işlər görülürmü?

Suallarımızı cavablandıran Bakıda yerləşən Fizuli rayon 3 nömrəli orta məktəbin direktoru Ruhiyyə İmanova “Sherg.az”a bildidib ki, hazırda bu məsələ ilə bağlı müzakilələr davam edir:



“Yeni dərs ilinin başlaması ilə bağlı hələki tam bir qərar verilməyibdir. Demək olar ki, bu məsələ ilə bağlı qərar karonavirusun  iyul, avqust aylarındakı dinamikasına əsasən qəbul olunacaq. Çünki gələcək iki ay ərzində pandemiya ilə bağlı hansı dəyişikliklərin olacağı məlum deyil. Yəqin ki, yeni qərarların qəbulu zamanı tədris ilinə necə başlayacağmız məlum olacaq. Lakin təhsil işçiləri olaraq məktəbə qayıtmaq, məktəb mühitində dərs tədris etmək üçün çox darıxmışıq.
Demək olar ki, yeni təhsil ilində siniflərdə şagirdlərimizlə görüşmək ümidi ilə yaşayırıq. Eyni zamanda müəllim kollektivi olaraq Təhsil Nazirliyinin istənilən qərarına hazırıq”.